Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynaya yardımın əleyhdarı ABŞ Konqresini tərk edir
Ukraynaya yardımın əleyhdarı ABŞ Konqresini tərk edir

İndiana ştatının Respublikaçılar Partiyasının nümayəndəsi Viktoriya Sparts ABŞ Konqresini tərk etmək istədiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, "CNN" verdiyi məlumata görə, Ukraynaya hərbi yardımın əleyhdarı olan senator 2024-cü ildə heç bir vəzifəyə namizəd olmayacaq.

Yəni Sparts respublikaçı senator Mayk Braunun tutduğu kreslo uğrunda mübarizədə iştirakdan imtina edir.

“Mən bir çox çətin insan döyüşlərində qalib gəldim və növbəti iki il ərzində daha bir neçə qələbə qazanmaq üçün çox çalışacağam. Bununla belə, işləyən ana olmaq çətindir və mən iki orta məktəbli qızımla daha çox vaxt keçirmək üçün, 2024-cü ildə heç bir vəzifəyə namizəd olmayacağam. Düşünürəm ki, indi vəzifə səlahiyyətlərindən bir az kənarlaşmağım həm ümumi prosesə, həm də ailəm üçün daha faydalı olar”, - Viktoriya deyib.

Spartsın qərarı, İndiana ştatında Respublikaçılar Senatının ilkin seçkilərində iştirak edən Cim Benksin yolunu təmizləyir.

Spartz 2020-ci ildə Nümayəndələr Palatasına seçiləndə o, Konqresin ilk Ukrayna əsilli üzvü oldu. 23 dekabr 2022-ci ildə Spartz Ukraynaya yardım təmin edən xərclər qanun layihəsinin əleyhinə səs verib. Amma buna baxmayaraq sənəd  qəbul edilib.

2022-ci ilin oktyabrında Viktoriya Sparts Konqresdə Ukrayna üçün əlavə 12,3 milyard dollar ayrılmasına qarşı səs verib. Ukrayna əsilli konqresmen öz qərarını izah etməyib.

O, həmçinin bildirib ki, guya Amerika yardımının Ukrayna Silahlı Qüvvələrinə çatmasına şübhə edir. Ağ Ev buna  cavab olaraq bildirib ki, sərhədi keçəndən sonra silahlar Ukrayna Silahlı Qüvvəiərinin mülkiyyəti hesab edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »