Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları toqquşub.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən hissəsində baş verib.
Qeyd edilən magistral yolun 84-cü km-də “Mercedes-Benz” markalı 99-UT-794 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “KamAZ” markalı 77-JD-854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub.
Hadisə nəticəsində “KaMAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü Əhmədov Etibar yüngül bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.(apa)