Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon: "Ukraynaya göndərilən HHM sistemlərinin inteqrasiyası müzakirə olunur"
Pentaqon: "Ukraynaya göndərilən HHM sistemlərinin inteqrasiyası müzakirə olunur"

ABŞ administrasiyası müttəfiqləri və Kiyev hakimiyyəti ilə Ukraynaya göndərilən hava hücumundan müdafiə sistemlərinin onun müdafiə sisteminə inteqrasiyasını müzakirə edir.

APA-nın məlumatına görə, bunu cümə günü jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Hərbi Hava Qüvvələrinin generalı Patrik Rayder deyib.

“İlk növbədə, etiraf etmək lazımdır ki, Ukrayna öz arsenalında hava hücumundan müdafiə sistemlərinin istifadəsinin təhlükəsizliyini təmin etmək üçün artıq kifayət qədər iş görüb. Biz başa düşürük ki, onlar bu yeni alətləri qəbul etdikcə, onları öz sistemlərinə inteqrasiya etdikcə, biz lazım gəldikdə dəstəyi davam etdirəcəyik. Bu baxımdan biz mütəmadi olaraq Ukrayna, beynəlxalq müttəfiqlərimiz və tərəfdaşlarımızla bu sistemləri ən yaxşı şəkildə necə inteqrasiya edə biləcəkləri barədə məsləhətləşirik. Deməli, bu iş davam edir”, - general cavab verib.

Son xəbərlər
Bütün xəbərlər »