Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran rejimi sanki zəlzələdən zərər görənlərin vəziyyətindən həzz alır"
"İran rejimi sanki zəlzələdən zərər görənlərin vəziyyətindən həzz alır"

Artıq həftələrdir ki, Güney Azərbaycanın şəhərlərində zəlzələdən zərərçəkənlər, çadırlarda gecələyir, küçələrdə evlərinin dağıntıları arasında həyatda qalmaq üçün sözün əsl mənasında mübarizə aparırlar. İran rejimi isə sanki azərbaycanlıların bu vəziyyətindən xüsusi həzz alır. Nə digər ölkələrə onlara yardım etməyə şərait və imkan yaratmır, nə də rejim özü öz insanının çətin vəziyyətində yanında olmur. Bu sadəcə Cənubi azərbaycanlıların məhvinə hesablanmış bir siyasətdir. Rejim onları özünə bu şəkildə boyun əyməyə vadar edir.

“Milli Dirçəliş Hərəkatı” Partiyasının sədri Fərəc Quliyev bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran rejiminin başı özünə qarışdığı üçün deyil, məqsədli şəkildə bizim soydaşlara yardım etməmək xəttini tutub. Partiya sədri hesab edir ki, rejim düşünülmüş şəkildə məsələyə yanaşır və Azərbaycan insanına yardım etmir.

Fərəc Quliyev Fərəc Quliyev

“Hələ 1990-cı illərdə Zəncanda zəlzələ olan zaman kəndlər dağıldı, xeyli sayda zərərçəkənlər vardı. Biz yardım karvanları ilə Zəncana keçdik. Həmin dövrdə belə bizi Zəncana, zəlzələ olan ərazilərə buraxmırdılar. Bizi otellərə yerləşdirib, başımızı qarışdırmağa çalışırdılar ki, zəlzələdə zərərçəkmişlər ilə maraqlanmayaq. Biz dirəniş göstərdik. Ciddi etiraz etdik. Zəncan ətrafında kəndlərə baş çəkdik, darmadağın olmuşdu, yaralılar vardı. Biz əlimizdən gələni etdik”,- deyən partiya sədri qeyd edib ki, o İran rejiminin Azərbaycan türklərinə münasibətinə daha əvvəl də şahid olub.

Politoloq bildirib ki, İran rejimi üçün orada nə qədər adam zərər çəkib, ölüb, heç bir əhəmiyyəti yoxdur. Onlar 1828-ci ildən Azərbaycan türklərinə qarşı birmənalı şəkildə düşmən mövqeyində olub. F. Quliyev hesab edir ki, Azərbaycan Beynəxalq Təşkilatları İrana daxil olmağa, zəlzələdən zərərgörənlərə yardım etməyə çağırmalıdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »