"Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazilərinin ələ keçirilməsi barədə uzun müddət düşünüb. NATO-nun şərqə doğru genişlənməsi “təhlükəsi” Kreml üçün ancaq bir bəhanə idi.
Bizimyol.info xəbər verir ki, "DW"in verdiyi məlumata görə, bunu Almaniya kansleri Olaf Şolz Marburq şəhərinin sakinləri ilə görüşündə deyib.
Almaniya hökuməti başçısının sözlərinə görə, Kreml Kiyev və Brüssel arasında tərəfdaşlıqdan, Rusiya ərazisinin hərbi genişləndirilməsi üçün çoxdan planlaşdırılan plan üçün bəhanə kimi istifadə edib.
Şolz vurğulayıb ki, NATO müdafiə ittifaqıdır, ona görə də Ukraynanın alyansa daxil olmaq istəyi Rusiyanı təhdid edə bilməz: "NATO-nun şərqə doğru genişlənməsi" sözlərinin bir növ arqument olduğunu iddia etməyə ehtiyac yoxdur", - kansler deyib.
Eyni zamanda, Şolz almanları əmin edib ki, Almaniya tələsmədən müharibənin bütün qitədə genişlənməsinə səbəb olacaq eskalasiyaya yol verməyəcək: "NATO ilə Rusiya arasında müharibə dəhşətli hadisə olardı. Biz belə bir eskalasiyanın baş verməməsi üçün məsuliyyət daşıyırıq. Atacağımız hər bir addımı vəziyyətə uyğyn və tələsmədən etməliyik", - Şolz deyib.
2014-cü ildən bəri Angela Merkel hökuməti dəfələrlə Ukraynaya silah tədarükünü rədd edib və digər Avropa ölkələrinin bu cür tədarükünü əngəlləyib.
Rusiyanın Ukraynaya qarşı tammiqyaslı təcavüzü mərhələsinin başlaması ilə Almaniya hökumətinin mövqeyi tədricən dəyişməyə başlaiıb. Almaniya tədricən Ukraynanı əvvəlcə yüngül atıcı silahlarla, sonra isə ağır silahlarla təchiz etməyə başlayıb. Çox vaxt bütün Avropa İttifaqının bu cür tədarük səylərinin qarşısını Berlin kəsirdi. Artıq Almaniya da Putinin niyyətinin təkcə Ukrayna ərazisini iğal etmək olmadığını qəbul edib.
2023-cü ilin yanvarında Almaniya mühüm psixoloji mərhələni keçdi - o, Ukraynaya alman tanklarının tədarükünü elan etdi və digər ölkələrə belə tədarüklərə icazə verdi.
Qadir, Bizimyol.info