İsrailin Fransadakı səfiri Yael Herman iki dəfə baş nazir Benyamin Netanyahunun Paris hava limanında qəbuluna gəlmək üçün müraciət edib və onun təklifinə rədd cavabı verilib.
Bizimyol.info xəbər verir ki, bu barədə "KAN" kanalı məlumat yayıb.
Baş nazirin ofisi Hermanın təxminən bir ay əvvəl istefa verdiyini və onun İsrail Dövlətini təmsil etmədiyini bildirib.
Hələ də fəaliyyətdə olan səfir Herman, isə digər şeylərlə yanaşı yazdığı bir tvitlə buna da cavab verib: “Üç ittiham irəli sürülən baş nazirə hörmətim yoxdur, amma sevimli ölkəmə hörmətim bıyükdür. Mən protokil qaydalara uyğun olaraq, İsrailin Fransaya səfərə gəlmiş baş nazirini qarşılanma tədbirinə qatılmaq istəyirdim, bun Benyamin Netanyahu olmasının fərqi yox idi”, - deyə qeyd edib.
Qadir, Bizimyol.info