Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Baxmutdan geri çəkilməli olacaq - Media
Ukrayna Baxmutdan geri çəkilməli olacaq - Media

"Birləşmiş Ştatlar Ukrayna hərbçilərinə yeni silahların çatdırılmasını gözləyərkən vaxt keçirməyi tövsiyə edir. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin yaz əks-hücum əməliyyatına resurslar toplamaq üçün Donetsk vilayətindəki Baxmutdan uzaqlaşmalı olacağı ehtimalı var".

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg"də yazılan məqalədə qeyd edilir.

"ABŞ rəsmisi bildirib ki, Birləşmiş Ştatlar Ukrayna qüvvələrinə tankların və digər silahların gəlməsinə imkan vermək üçün vaxt qazanmağı tövsiyə edir. Cənubda yaz hücumlarına resurslar toplamaq üçün Ukrayna da öz qoşunlarını şərqdəki Baxmut şəhərindən tezliklə çıxarmalı ola bilər. ABŞ və Avropa rəsmiləri Rusiyanı simvolik qələbə ilə mükafatlandırmağın mümkün ola biləcəyini düşünürlərlər. Baxmutdan geri çəkilməyin müharibəyə strateji təsir göstərməyəcəyi qeyd olunur", - deyə "Bloomberg" yazır.

ABŞ rəsmisi nəşrə bildirib ki, Ukrayna əsgərləri çox güman ki, hazırda cəbhə xəttinin keçdiyi yerə çox yaxın müdafiə xətləri quracaqlar. Nəşr Rusiyanın Baxmutdan Donetsk vilayətində Slavyansk və Kramatorsk şəhərlərinə keçəcəyini proqnozlaşdırır: "Ərazinin böyüklüyünü nəzərə alsaq, onun qoşunları çətin ki, yaxın gələcəkdə Donetsk vilayətinin bütün şərq hissəsini ələ keçirə bilsin. Yəqin ki, hər iki tərəf sürpriz elementindən istifadə etməyə çalışacaq, yəni hücumun vaxtı və yeri müharibənin inkişafından asılı olaraq həmişə dəyişə bilər", - deyə məqalədə qeyd edilir.

Cümə axşamı, fevralın 2-də iki norveçli tibb könüllüləri Sander Sjorsven Trelvik və Simon Consen Donetsk vilayətinin Baxmut şəhərində atəşə tutulub və yaralanıblar. Onlarla birlikdə olan daha bir neçə nəfər həlak olub.

Amerika Müharibə Tədqiqat İnstitutu bildirib ki, Baxmut yaxınlığındakı işğalçıların aylarla davam edən şiddətli döyüşlərdən sonra hələ də gücü tükənməyib, ukraynalı müdafiəçilər isə qəhrəmancasına orada xətti saxlayırlar. Analitiklərin fikrincə, rusiyalı çağırışçıların Baxmutda cəbhə xəttinə gətirilməsi "Vaqner"in hücumunun kulminasiya nöqtəsini kompensasiya etdi və Rusiya şəhər ətrafında əməliyyatlarında üstünlük əldə etdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »