Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MKİ: Növbəti altı ay Ukraynadakı münaqişədə “kritik” olacaq
MKİ: Növbəti altı ay Ukraynadakı münaqişədə “kritik” olacaq

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns bildirib ki, növbəti altı ay Ukraynadakı münaqişə “kritik” olacaq.

Bizimyol.info xəbər verir ki, müvafiq mesajı cümə axşamı öz "Twitter" səhifəsində "CBS"nin jurnalisti Oliviya Qazis yazıb.

Nəşrin yazdığına görə, bu fikri MKİ rəhbəri Corctaun Universitetində keçirilən tədbirdə çıxışı zamanı bildirib: “Börns dedi ki, növbəti altı ay “kritik” olacaq”, - deyə kəfiyyat idarəsinin direktoru deyib.

Qazisin yazdığına görə, MKİ direktoru hesab edir ki, Rusiya Ukraynadakı vəziyyətdə Qərbin “siyasi yorğunluğundan” istifadə edir. Üstəlik, Börns iddia edib ki, Vaşinqton Moskvanın nizamlanma üzrə danışıqlarda ciddi olduğuna “inanmır”. O, Putinin bu müharibəni uzatmaqda maraqlı olduğunu, bu müddətdə Qərbin münaqişəyə yardımlarının azlacağını, Ukraynanın kifayət qədər müqavimət göstərə bilməyəcəyini və Rusiyanın işğal olunmuş ərazilərdən əl çəkməyəcəyini düşünür.

Yanvarın 25-də ABŞ hakimiyyəti 31 "M1 Abrams" tankını Kiyevə təvil vermək niyyətində olduqlarını açıqladı. Həmin gün Almaniya hökuməti Ukraynaya 14 "Leopard 2" tankı göndərəcəyini və digər ölkələrə bu maşınların təkrar ixracına icazə verəcəyini təsdiqləyib. Almaniyanın müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, “Leopard 2” martın sonuna qədər Ukraynaya göndəriləcək.

Britaniya, Norveç, Polşa, Slovakiya və Fransa da Kiyevə Qərb istehsalı olan tanklar vermək niyyətlərini açıqlayıblar. Kiyev ilk partiya olaraq 12 ştatdan 140-a qədər tank alacağını gözləyir.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Vaşinqtonun qərarları və digər ölkələrə təzyiqləri səbəbindən Ukraynadakı vəziyyət ətrafında gərginliyin dərəcəsi artır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »