Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“British Airways” Çinə uçuşları bərpa edir
“British Airways” Çinə uçuşları bərpa edir

Böyük Britaniyanın “British Airways” aviaşirkəti aprelin 23-dən Çinin materik hissəsinə uçuşları bərpa edəcəyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

“İkiillik fasilədən sonra “British Airways” Böyük Britaniya ilə Çinin materik hissəsi arasında uçuşları bərpa edəcəyini açıqlayır. Aprelin 23-dən Şanxaya, iyunun 3-dən isə Pekinə uçuşlar üçün biletlər bu gündən satışa çıxarılıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, “British Airways” 1980-ci ildən Çinə uçuşlara başlayıb və pandemiya başlayana qədər reyslər fasiləsiz davam edib.

Son xəbərlər
Bütün xəbərlər »