Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“PUA hücumu Azərbaycandan olub” deyən iranlı deputat yalan danışır - Faktlarla sübut
“PUA hücumu Azərbaycandan olub” deyən iranlı deputat yalan danışır - Faktlarla sübut

İranın “Mardomsalari” saytının verdiyi xəbərə görə, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının keçmiş üzvü Əhməd Bəxşayeş Ərdəstani İsfahanda baş verən PUA hücumunun Azərbaycan ərazisindən baş verməsi haqda iddia irəli sürüb: “Bu hücum İsrail tərəfindən və çox güman ki, Azərbaycan ərazisindən baş verib ki, bunu İran və İsrail arasında qarşılıqlı və qeyri-ənənəvi müharibə ilə əlaqəli saymaq olar”. Ə.Ərdəstaninin sözlərinə görə, əslində İran Suriyanın Qolan təpələrində olmaqla və Livanın Hizbullah qruplaşmasına dəstəyi ilə israilliləri narahat edir. Xüsusilə İran bu yaxınlarda İsraildən 15 kilometr aralıda yerləşən İordan çayının qərb sahilini silahlandırıb. Bu isə o deməkdir ki, bu silahlanma həmin bölgədə “daimi gərginlik yaratmaq”dır.

Faktyoxla Lab. bu iddialara aydınlıq gətirmək üçün araşdırma aparıb.

Bu məqsədlə farsdilli mənbələrdə axtarış apardıq. "Sepah"ın "Kiber Təhlükəsizlik" İdarəsinin Telegram kanalında bu məlumata rast gəldik:

“Qeyri-rəsmi. Bəzi məlumatlara görə, təxminən 2 kq olan bir neçə RDX tipli kamikadze kvadrakopter təqribən 1 kilometr məsafədən havaya qalxıb və onlardan biri İsfahanın silah istehsalı zavodunun çardaq tipli olan hissələrinə çırpılıb”.

“PUA hücumu Azərbaycandan olub” deyən iranlı deputat yalan danışır - Faktlarla sübut

Diqqət edək: İntiharçı PUA İsfahandakı sursat anbarının 1 kilometrliyindən qalxıb.

Burada qeyd olunan RDX- tərkibi C3H6N6O6 olan, “tsiklotrimetilentrinitramin” (tsiklonit, heksogen) adlanan partlayıcı kimyəvi maddədir. mənbə

Bu xəbəri təsdiqləyən ikinci faktı İranın rəsmi xəbər agentliyi olan İRNA-dan götürmüşük.

İRNA İran Müdafiə Nazirliyinə istinadən yazır ki, "Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi elan etdi: Şənbə günü-bəhmən ayının 8-də (28 yanvar) axşam saatlarında Mudafiə Nazirliyinin İsfahanda yerləşən emalatxana (və ya zavod) komplekslərindən biri kvadrakopterlərin uğursuz hücumuna məruz qalıb və onlardan biri kompleksin hava hücumundan mudafiə bölmələrinin dəqiq atəşi, digər ikisi isə HHQ tələsinə salınaraq partladılmışdır"

“PUA hücumu Azərbaycandan olub” deyən iranlı deputat yalan danışır - Faktlarla sübut

Burada diqqəti cəlb edən məqam Müdafiə Nazirliyinin hücumun kvadrokopterlə həyata keçirildiyini deməsidir.

Kvadrokopter nədir? Kvadrokopter yaxın, orta və uzaq məsfaələrdə çəkiliş, kəşfiyyat işləri aparmaq üçün xüsusi cihazdır. Fəaliyyət radiusu istifadə olunan rabitə texnologiyası, ötürücü və qəbuledici gücündən asılı olaraq dəyişir. Ən uzaq məsafəyə uça bilən bu qurğular Bluetooth-la təchiz olunanlar sayılır. Adətən 2,4GHr tezlikli rabitə əlaqəli kvadrokopterlərdən istifadə olunur. 100 dollar dəyərində olan kvadrokopter 200-250 metr, 200-300 dollar dəyərində olanlar 200-500 metr idarə məntəqəsindən aralana bilir. Ən güclülərdən GoPro Karma 3, “Phantom 4” isə 5 km aralanır. Bu qurğuların idarə məntəqəsindən maksimal aralanma məsafəsi isə 20 km-dir.

Aşağıda hazırda dünyada ən uzaq məsafəyə uça bilən kvadrokopter və mümkün uçuş məsafəsini təqdim etmişik:

DJI Spark (2000 m-ə kimi)

Parrot Bebop Drone 2 (2000 m-ə kimi)

Drone Xiaomi mi 4k (2000 m-ə kimi)

GoPro Karma (3000 m-ə kimi)

TBS Discovery Pro Long Set (4000 m-ə kimi)

Phantom 4 (5000 m-ə kimi)

DJI Mavic Pro (7000 m-ə kimi)

DJI Inspire 2 (7000 m-ə kimi)

DS-650T FPV (10000 m-ə kimi)

İran Müdafiə Nazirliyinin rəsmi açıqlamasına inansaq, yəni, əgər İsfahandakı hərbi zavoda edilən kvadrokopter hücumu olduğunu qəbul etsək, demək hücum ən uzağı 10 km məsafədən edilməlidir. İndi gəlin iranlı deputata bir az da coğrafiyanı xatırladaq. Azərbaycaın İsfahana ən yaxın rayonu Astaradır. Bu sayt vasitəsilə Astara və İsfahan şəhərləri arasında məsafəni hesablayanda 689 km. rəqəmi alınır. Maksimal uçuş məsafəsi 10 km. olan kvadrokopterin 689 km-lik məsafəni necə qət etdiyini müəyyən etmək üçün iranlı deputata hidrodinamika dərsi keçməyə gərək var?

“PUA hücumu Azərbaycandan olub” deyən iranlı deputat yalan danışır - Faktlarla sübut

Beləliklə, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının keçmiş üzvü Əhməd Bəxşayeş Ərdəstani İsfahanda baş verən PUA hücumunun Azərbaycan ərazisindən baş verməsi haqda iddiası əsassız və yalandır.

Son xəbərlər
Bütün xəbərlər »