Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Terrorun qarşısının alınması üçün heç bir tədbir görülməmişdi"
"Terrorun qarşısının alınması üçün heç bir tədbir görülməmişdi"

İranda Azərbaycan səfirliyinə qarşı törədiən terror hadisəsini İran rəsmiləri məişət zəmnində qarşıdurma kimi cəmiyyətə sırımağa çalışsalar da, reallıq budur ki, bu siyasi bir terror idi. Terror hadisəsinin törədildiyi ana nəzər yetirsək aydın şəkildə görərik ki, cinayətkarın zərərsizləşdirilməsi üçün kifayət qədər vaxt və imkan olub.

Belə ki, terrorçu əlində silah Azərbaycan səfirliyinə yaxınlaşanda mühafizə köşkündə olan polis tam fəaliyyətsizlik nümayiş etdirir. Əslində isə polis binanın mühafizəsini təmin etmək imkanında olmalıdır. Sonradan müxtəlif bəhanələr gətirildi ki, mühafizə köşkündə olan polis qorxub, silahı olmayıb. Bütün bunlar isə inandırıcı görünmür. Polis binanın mühafizəsini həyata keçirə bilmirsə, onun orada yerləşdirilməsinin mənası nədir?

Milli Məclisin deputatı Elşad Mirbəşir bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Cənab prezidentin də qeyd etdiyi kimi bu terrora aparan prosses uzun müddət idi ki gedirdi. Bir neçə gün öncədən sosial şəbəkələrdə belə bir cinayətin törədiləcəyinin anonsu verilirdi.

“Bu zaman belə bir sual yaranır ki, İran xüsusi xidmət orqanları nəyə görə buna reaksiya verib vaxtında qabaqlayıcı tədbirlər həyata keçirmirdilər.

Həmin terrorçu bu hadisədən əvvəl də əlində ağır çəkiclə Azərbaycan səfirliyinə hücum çəkib. Bu əlavə təhlükəsizlik tədbirinin görülməsi üçün ciddi bir siqnal deyildimi? Bununla yanaşı Azərbaycan Xarici İşlər Nazirliyi bildirmişdi ki, ölkəmizin İrandakı səfirliyinə qarşı təhdidlər mövcuddur. Onlar İran tərəfindən təhlükəsizlik tədbirlərinin gücəndirilməsini istəmişdilər. Lakin İran buna da münasibət bildirməmişdi.

Bu baxımdan haqlı olaraq Azərbaycan cəmiyyətində rəsmi dairələrdə əsaslı şübhələr yarandı. Terrorun qarşısının alınması üçün heç bir tədbir görülməmişdi. İran tərəfi fəaliyyətslik nümayış etdirmişdi. Sonra isə terrorçu səfirliyə hücum edən zaman onun zərərsizləşdirilməsi üçün tədbirlər həyata keçirilmədi”.

Deputat bildirib ki, İran Azərbaycan münasibətlərinin bundan sonrakı vəziyyəti bu terror hadisənin araşdırılması və gəlinən nəticələrdən asılı olacaq.

“İran bu cinayətin birgə araşdırılmasını təklif edib. Əgər cinayətkar dəstə üzə çıxarılaraq ən sərt formada cəzalandırılsa, o zaman Azərbaycan-İran münasibətlərinin gələcyindən söz açmaq olar. İndi isə hələ ki, prosseslərin nəticəsini gözləmək lazımdr”-deyə o firkini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »