İranın Xoy şəhərində zəlzələdən sonra minlərlə ev yararsız vəziyyətə düşüb. İnsanlar acınacaqlı durumda küçələrdə, dağılmış evlərinin yanında ocaqlar qalayır, isinməyə, həyatda qalmağa çalışırlar.
Onlar Azərbaycan Türkü olduqları üçün İran rejimi bu insanların acınacaqlı vəziyyətinə göz yumur, etinasız yanaşır. Yəni İranın bir məqsədi var, azərbaycanlıları soyqırıma uğratmaq. Məhv etmək, əzmək, yox etmək! İranın vitse-prezidenti bu gün zəlzələdən zərərçəkmişlərlə görüşdə belə üzündəki istehzasını gizlədə bilmirdi.
“İran zəlzələ xəttinin üzərində yerləşən və təbii fəlakətlərin sıx-sıx yaşandığı bir coğrafiyadır. Yaşanan bütün fəlakətlərdən sonra mənzərə eyni olur. İnsanlar müdafiəsiz, ac-yalavac, ortada və gələcəyə ümidsiz. Dövlət isə arsızcasına sadəcə insanların çarəsizliyinə laqeyd qalmaqla yetinmir, hətta bunu bir gəlir qapısına çevirməyi də unutmur.
Daha öncə bənzər fəlakətlərdə xarici dövlətlərin müvafiq qurumlar tərəfindən zərər çəkənərə göndərilən yardımların oğurlandığını, sonradan bazarlarda satıldığını hamı bilir. Hətta həmin yardımların bir hissəsinin Suriyadan, Livandan və İran terrorunun təşkilatlandığı yerlərdən çıxıdğına dair xarici dövlətlərin əlində ciddi məlumatlar var.
Bu səbəbdən dünya dövlətləri bənzər durumlarda İrana şərt qoyurlar ki, verdikəri yardımları ya özləri paylasın, ya da onların nəzarəti altında paylanılsın”. Bu barədə bizimyol.info xəbər portalına siyasi şərhçi Çingiz Göytürk şərh verib. Qeyd edib ki, Xoyda iki həftədir ardıcıl zəlzələlər baş verir. İran dövlətinin vitse-prezidentinin deyimi ilə desək, dövlət guya bundan yeni xəbərdar olub.
“Etirazların pik həddə çatdığını, bunun bir üsyana çevriləcəyini düşündükləri zaman İran vitse-prezidenti bölgəyə gəldi. Orada “Qızıl Ay”-ın nümayəndəsinə deyir ki, bəs niyə bizə xəbər verməmisiniz. Bu isə açıq-aşkar o deməkdir ki, dövlət zəlzələdən zərərçəkənlərə qarşı heç bir məsuliyyətini yerinə yetirməyib.
Digər məqam isə odur ki, azərbaycanlı olduqları üçün gələn yardımların, o cümlədən Türkiyə “Qızıl Ay”-ın yardımlarını rədd edərək, bölgə əhalisinə qarşı Urmu gölünün məqsədli qurudulmasının davamı olaraq, soyqırım siyasətini həyata keçirməkdədirlər.
Mənim aldığım məlumata görə, Azərbaycan Respublikasından bir çox qurum, quruluş, qeyri-hökümət təşkilatı yadrım üçün hazır odluqlarını ifadə etsələr də, doğru əlaqədar şəxs tapa bilmirlər”-deyən şərhçi bildirib ki, Azərbaycanın Güneyinin bütün şəhərlərindən Təbrizdən, Ənzəlidən, Ərdəbildən, Urmudan yardımlar toplanıb.
Milli fəallar avtomobillərlə yola çıxıblar. Ancaq yollarda qurulan postlarda icazələrinin olmadığı irəli sürülərək polis tərəfindən saxlanılıblar. Onun sözlərinə görə, İran rejimi xarici dəstəklərin gəlməsinə imkan verməməklə yanaşı, Türkiyənin şərtsiz yardımlarından imtina edir. Daxildən isə Azərbaycan türklərinin topladıqları yardımların zərərçəkənlərə çatmasına imkan vermir. Bu isə açıq şəkildə göstərir ki, İran rejimi təbii fəlakətlərdən belə özünün soyqırım və assimlyasiya siyasətini yürütmək üçün azərbaycanlılara qarşı istifadə etməkdən çəkinmir.
“Güneyli soydaşlaırmız birdəfəlik bunu bilməlidir ki, nə zamana qədər İran Fars dövlətinin əsarətində yaşayacaqlarsa, bu zülümərə də dözmək məcburiyyətində qalacaqlar. Çünki İran Fars dövləti Azərbaycan xalqının başına gələn ən böyük fəlakətdir”-deyə şərhçi bildirib. Çıxış yolunun Fars dövlətçiliyindən imtina edib, ona qarşı ayağa qalxıb, öz milli dövlətini bərpa etməkdə gördüyünü deyib.
İradə Cəlil, Bizimyol.info