Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan bununla həm də bir mesaj vermək istəyir"
"Ermənistan bununla həm də bir mesaj vermək istəyir"

Zəngəzurun (Sünik) müvəqqəti (Azərbaycan tələbini həyata keçirənə qədər vəzifədə olan) qubernatoru Robert Qukasyan deyib ki, Avropa İttifaqı, Avropa İnvestisiya Bankı, Aİ-nin üzvü olan Avstriya, Fransa, Almaniya, Polşa, İsveç və İsveçrənin tərəfdaş kimi birgə təşəbbüsü ilə “Davamlı Sunik Avropa komandası” regionun sosial-iqtisadi sahələrinə çox müsbət təsir göstərəcək, regionun daha dayanıqlı olmasına kömək edəcək.

Qukasyan vurğulayıb ki, Aİ bu addımı ilə həm də Azərbaycanın Süniklə bağlı iddialarına münasibətini nümayiş etdirir. Quqasyana görə artıq bu istiqamətdə iki müqavilə imzalanıb. Birincisi, 11 milyon avro dəyərində olan “Syunik Bərpa, Davamlılıq və İnkişaf Proqramı” kiçik və orta biznesə və kiçik infrastrukturun təkmilləşdirilməsinə yönəldiləcək”-deyən Quqasyan bunun qısa müddət ərzində çox böyük təsirə malik olacaq mühüm layihə hesab edir.

İkinci layihənin- “Davamlı Sünik Team Europe”-nın dəyəri növbəti 5 il üçün təxminən 51 milyon avrodur.O qeyd edib ki, bu ərazinin Aİ tərəfindən seçilməsində məqsəd Azərbaycanın iddiaları ilə əlaqəlidir. Yəni güya Avropa İttiqafı bununla bizə mesaj verərək, bizim iddialarımıza qarşı olduğunu dərgiləyir.

Milli Məclisin deputatı Arzu Nağıyev bizimyol.info xəbər portalına bildirib ki, Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Sovet hakimiyyəti qurulana qədər bütün beynəlxalq sənədlərdə bu torpaqlar faktiki olaraq Azərbaycan əraziləri kimi qeyd edilib. 19-cu əsrdə Rusiya siyasətində ermənilər Qafqazda parçalayıcı faktor kimi mühüm yer tuturdu.

Arzu Nağıyev Arzu Nağıyev

“İkinci Qarabağ müharibəsindən sonra erməni mediasının araşdırmasına görə Zəngəzurda erməni əhalisi azalıb. Onlar mal-mülkünün satıb xarici ölkələrdə məskunlaşıblar. Erməni hakimiyyəti bu kütləvi köçün qarşısını almaq üçün bölgədə quruculuq işləri aparır. Yol çəkir, gələcəyə dair ümidverən planlar qurur. Hesab edirəm ki, Ermənistan bununla həm də bir mesaj vermək istəyir”-deyən deputat vurğulayıb ki, hazırda iki aya yaxındır ki, Laçın yolunun bağlanması erməniləri çaşdırıb.

Erməni mənbələrinin verdiyi məlumata görə, Avstriya, Fransa, Almaniya, Polşa, İsveç və İsveçrə kimi Avropa İttifaqı ölkələrinin birgə təşəbbüsü ilə Zəngəzurda sosial-iqtisadi sahələrin inkişafına böyük dəstək var. Görünür adıçəkilən ölkələr etdikləri yatırımlarla Azərbaycanın Zəngəzurla bağlı tarixi faktlara əsaslanan iddialarına münasibətini nümayiş etdirir. Xüsusilə sərhəd yaşayış məntəqələrinə daha çox yatırım etmələri onu göstərir ki, ermənilər burada möhkəmlənmək istəyir”-deyə parlamentari bildirib.

P.S. Ermənistan Azərbaycanla qarşılaşmaqdan qorxduğu üçün bu dəfə Aİ-ni qabağa verir. Bu addım Azərbaycanın öz tarixi torpaqlarına qarşı olan iddiasını təbii ki dəyişməyəcək, amma bölgədə sülhün və sabitliyin qorunmasına problem yarada bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »