Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: Moskva Ukrayna qoşunlarını Rusiya üçün təhlükəsiz məsafəyə itələməyə çalışır
Lavrov: Moskva Ukrayna qoşunlarını Rusiya üçün təhlükəsiz məsafəyə itələməyə çalışır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA Novosti və “Rossiya-24” telekanallarına müsahibə verib.

Bizimyol.info xəbər verir ki, o, müsahibəsi zamanı “Xüsusi hərbi əməliyyat nə vaxt başa çatacaq?” sualını cavablandırıb və “Moskva Ukrayna qoşunlarını Rusiya Federasiyasının ərazisi üçün təhlükəsiz olan məsafəyə itələməyə çalışır”, - deyə Rusiyanın xarici işlər naziri bildirib.

“Əgər indi biz Ukrayna silahlı qüvvələrinin artilleriyasını ərazilərimiz üçün təhlükə yaratmayacaq məsafəyə aparmağa çalışırıqsa, o zaman Kiyev rejiminə nə qədər çox uzaqmənzilli silahlar verilirsə, onları ölkəmizin ərazilərindən bir o qədər irəli aparmaq lazımdır”, - deyə Lavrov “Rossiya 24” telekanalına və RİA Novosti agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, heç kim Kiyevi Moskva ilə danışıqlara qayıtmağın zəruriliyinə inandırmağa çalışmır.

"Məhz onlar ("Qərbli həmkarlar" - red.) danışıqlardan imtina edərək Kiyev rejimini danışıqlar prosesini tərk etməyə məcbur etdilər. Və elə məqamda bunu etdilər ki, bildiyiniz kimi, son qoymaq imkanı var idi. Lakin Kiyevə icazə verilmədi. O vaxtdan bəri heç kim Kiyev rejimini danışıqların zəruriliyinə inandırmağa belə cəhd etməyib, heç kim buna etiraz etməyib”.

Lavrov qeyd edib ki, Rusiya indi döyüş meydanında qələbə vəd edən “qərbli həmkarları” kimi davranır.

"Bu, onların düsturudur. Biz hamımız bunun bitməsini istəyirik, amma burada vacib olan zaman amili deyil, xalqımıza, rus mədəniyyətinin bir parçası olaraq qalmaq istəyən insanlara təqdim edəcəyimiz nəticələrin keyfiyyətidir”, - deyə o, bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Qərb Rusiyaya elə bir məğlubiyyət yaşatmağa çalışır ki, o, onilliklər ərzində özünə gələ bilməsin: “Bu, nəhayət, “Rusiya məsələsi”ni həll etmək cəhdidir”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »