Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avstriya casusluqda şübhəli bilinən dörd rusiyalı diplomatı ölkədən çıxarır
Avstriya casusluqda şübhəli bilinən dörd rusiyalı diplomatı ölkədən çıxarır

Avstriya Xarici İşlər Nazirliyi dörd rus diplomatını Vyanadan qovduğunu açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumat idarənin bəyanatında öz əksini tapıb.

Bəyanatda bildirilir ki, Rusiya səfirliyinin iki diplomatı diplomatik statusları ilə bir araya sığmayan hərəkətlərə yol verib.

“Buna görə də Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq onlar “persona non-qrata” (istənməyən şəxs) elan ediliblər", - deyə məlumatda qeyd edilib.

"Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin iki diplomatı Baş Qərargah Sazişinə uyğun olmayan hərəkətlərə yol verib. Onlar həmçinin Avstriya Respublikasının ərazisini tərk etməlidirlər", - deyə XİN-dən bildiriblər.

Məlumata görə, sözügedən dörd rus diplomatı bir həftədən gec olmayaraq, yəni fevralın 8-dək Avstriya ərazisini tərk etməlidir.

Xatırlatma edək ki, Avstriya prezidenti Aleksandr Van der Bellen fevralın 1-də Ukraynaya səfər edib. O, Buçaya baş çəkib və prezident Vladimir Zelenski ilə görüşüb, həmçinin generatorları təhvil verib və zədələnmiş enerji infrastrukturunun bərpası üçün 5 milyon avro ayrılacağını açıqlayıb.

Avstriya prezidenti ilə görüşündən sonra Ukrayna prezidenti Zelenski Avstriya bizneslərini təcavüzkar ölkə kimi Rusiya ilə əməkdaşlıqdan imtina etməyə və bunun əvəzinə Ukrayna ilə əlaqələrə başlamağa çağırıb.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »