Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İsveç-Finlandiyaya yoxdursa, "F-16" yoxdur" - ABŞ senatoru
"İsveç-Finlandiyaya yoxdursa, "F-16" yoxdur" - ABŞ senatoru

Amerika Konqresində "F-16"ların Türkiyəyə satışı ilə bağlı təzadlı açıqlamalar davam edir.

Bizimyol.info xəbər verir ki, bu dəfə senator Kris Van Hollen bildirib ki, Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünə razılıq verməsə, ABŞ-dan "F-16"ların satışı həyata keçirilməməlidir.

Senatın xarici əlaqələr komitəsinin demokrat senatoru bu barədə Van Hollen Al Monitor tədbirində çıxış edərkən deyib.

Senatora Türkiyə-ABŞ münasibətləri ilə bağlı sual verilib. Kris Van Hollen, "F-16"ların Türkiyəyə satışının şərt olması lazım olduğunu bildirərək: "Ankara İsveç və Finlandiyanın NATO üzvlüyünə razılıq verməsə, Türkiyəyə qarşı fərqli sanksiyalar tətbiq edilməlidir. Onların da bizdən almaq istədilləri çox şey var. Türkiyə neçə illərdir ki, Birləşmiş Ştatlardan "F-16" təyyarələri almağa çalışır. Biz də bu ticarətin baş tutmasını istəməyə bilərik", - deyib.

“Ərdoğan Finlandiya və İsveçin girişini əngəlləməkdə davam edərsə, Avropa İttifaqı tərəfdaşlarımızla daha çox koordinasiyada işləməli və potensial olaraq fərqli sanksiyaları nəzərdən keçirməliyik. Bunun nəticələri olmalıdır”, - deyə senator qeyd edib.

Bundan əvvəl Bob Menendez "F-16"ların Türkiyəyə satışını təsdiq etməyəcəyini demişdi.

Son xəbərlər
Bütün xəbərlər »