Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon Ukraynanın Krımı azad edə biləcəyinə inanmır - "Politico"
Pentaqon Ukraynanın Krımı azad edə biləcəyinə inanmır - "Politico"

"Ukrayna çətin ki, yaxın gələcəkdə rus qoşunlarını Krımdan çıxara bilsin".

Bizimyol.info xəbər verir ki, “Politico” yazır ki, bunu ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmiləri ABŞ parlamentinin Nümayəndələr Palatasının müdafiə komitəsi üçün gizli brifinqdə bildiriblər.

"Onları belə bir nəticə çıxarmağa hansı əsasın olduğu bəlli deyil. Lakin cümə axşamı brifinqin məzmunu ilə bağlı birbaşa məlumatı olan üç nəfərin bildirdiyi aydın göstərici ondan ibarət idi ki, Pentaqon Ukraynanın rus qoşunlarını yarımadadan sıxışdırıb çıxarmaq imkanına malik olduğuna və ya tezliklə belə bir şəraitin yaranacağına inanmır”, - deyə nəşr yazır.

Dördüncü mənbənin sözlərinə görə, brifinqdə məlumat birmənalı şəkildə təqdim edilib, lakin ümumi məqam ondan ibarətdir ki, orada Ukraynanın qələbəsi üçün qarat verilməyib.

Rəsmi Pentaqonun sözçüləri məxfi brifinqin məzmununu şərh etməkdən imtina ediblər, lakin birgə bəyanat yayıblar: “Ukraynanın döyüşmək, suveren əraziləri bərpa etmək qabiliyyəti baxımından, onların Rusiyanın təcavüzünü dəf etməkdə mükəmməl hərəkətləri və döyüş meydanında daimi uyğunlaşma qabiliyyəti öz sözünü deyir”, -bunu jurnalistlərə Pentaqon rəsmisi Sabrina Sinq bildirib.

Nəşr xatırladır ki, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milley də Ukraynanın işğalçıları qovmaq qabiliyyətinə kifayət qədər təmkinli yanaşır.

“Bu il rus qoşunlarını hamıdan – Rusiyanın işğal etdiyi Ukrayna ərazisinin hər qarışından çıxarmaq çox çətin olacaq. Bu o demək deyil ki, ola bilməz. Bu, o demək deyil ki, bu baş verməyəcək, amma çox, çox çətin olacaq”, - deyə o, yanvarın 20-də "Ramşteyn"dəki görüşdə bildirib.

Rusiya de-fakto Krım yarımadasında 2014-cü ilin fevral ayının sonundan başlayaraq martın əvvəlinə kimi tam nəzarəti ələ keçirib. İşğalçı ölkə orada inzibati-hüquqi sistemini genişləndirib və işğalla razılaşmayan hər kəsi fəal şəkildə təqib edir.

Xarkov vilayətində və xüsusilə Xerson yaxınlığında məğlubiyyətdən sonra rus komandanlığı Krımda müdafiəyə hazırlaşmağa başlayıb. Hərbi analitiklər birbaşa qeyd edirlər ki, Krım uğrunda döyüşlər Melitopol azad edildikdən dərhal sonra başlayacaq.

ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hodges hesab edir ki, Ukrayna ordusu yayın sonuna qədər Krımı azad edə bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »