Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Müdafiə Nazirliyinin obyektinə hücumda İsraili günahlandırır
İran Müdafiə Nazirliyinin obyektinə hücumda İsraili günahlandırır

"İsfahanda İran Müdafiə Nazirliyinin obyektinə hücumla bağlı ilkin araşdırma göstərib ki, hücuma görə İsrail məsuliyyət daşıyır".

Bizimyol.info xəbər verir ki, "ISNA"nın cümə axşamı verdiyi xəbərə görə, bunu İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Amid Səid İrəvani deyib.

“İlkin araşdırmanın nəticələri sionist rejimin (İsraili nəzərdə tutur) İsfahan şəhərində Müdafiə Nazirliyinin obyektinə edilən terror aktına görə məsuliyyət daşıdığını göstərir, bu rejimin hərəkətləri beynəlxalq hüquqa ziddir və pislənir”, - İrəvaninin BMT baş katibinə və dünya təşkilatının Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubunda deyilir.

"İran öz milli təhlükəsizliyini təmin etmək və sionist rejimin lazım bildiyi hər bir təhdid və ya yanlış hərəkətə sərt cavab vermək üçün qanuni və ayrılmaz hüququna malikdir”, - İrəvani vurğulayıb. Agentliyin məlumatına görə, İranın nümayəndəsi BMT Təhlükəsizlik Şurasını İsrail hakimiyyətinin döyüşkən bəyanatlarını pisləməyə çağırıb.

Yanvarın 29-na keçən gecə İRNA agentliyi İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhərində güclü partlayışın baş verdiyini bildirib. Daha sonra ölkənin Müdafiə Nazirliyi bəyan edib ki, şənbə günü dronlardan istifadə etməklə idarənin mərkəzlərindən birinə uğursuz hücum edilib. Nazirliyin məlumatına görə, bir aparat vurulub, digər ikisi müdafiə tələlərinə düşüb və partlayıb.

Hücum nəticəsində xəsarət alan olmayıb, cüzi maddi ziyan dəyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »