Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Survivor” layihəsi ilə bağlı qalmaqallı iddia: “Həyatım alt-üst oldu”
“Survivor” layihəsi ilə bağlı qalmaqallı iddia: “Həyatım alt-üst oldu”

Türkiyənin media maqnatı, “Survivor” layihəsinin rəhbəri Acun Ilıcalı idmançı Nagihan Karadere ilə yola getmir. Bir müddətdir mətbuatda tərəflər bir-birinin ünvanına tənqidi fikirlər səsləndirirlər. Ilıcalı son müsahibəsində Karaderenin məsuliyyətsiz açıqlamalar verdiyini bildirib, onu uğursuz yarışma iştirakçısı adlandırıb. Media maqnatı “Survivor”ın keçmiş oyunçularından olan qadının ünvanına ağır ifadələr işlətməsə də, onu çox qınayıb. Nagihan televiziya proqramlarından birində buna cavab verib.

Bizimyol.info xəbər verir ki, Nagihan Karadere qalmaqallı iddia səsləndirib. O, “Survivor”ın həyatını alt-üst etdiyini deyib. “Mən final gününə böyrəyimdəki daşı götüzdürəcəkdim deyə, özümü çatdıra bilmədim. Yəqin ki, buna görə Acun və rəhbərlik etdiyi media-holdinqdə məndən incidilər. Mən yarışı tərk edəndən sonra sağlamlıqla bağlı problemlər hamısı birdən üzə çıxdı. O qədər gərginlik keçirirsən ki, orada... Ac, susuz, həsrət... Həsrət bir yana qalsın, insan stresdən ağır xəstəliyə tutulur. Gəldim ki, immun sistemim çöküb. On beş gün yataqdan qalxa bilmədim. Hönkür-hönkür ağladım. Əvvəl başa düşməmişdim. Sonradan xərçəng xəstəliyinə tutulduğum məlum oldu. Onda deyə də bilmədim ki, belə olacağını bilsəydim, yarışa qoşulmazdım”.

Acun Ilıcalı Acun Ilıcalı

Nagihan Karadere xərçəngə yoluxmasını məhz “Survivor” ilə bağlamaq istəmədiyini bildirib. Buna baxmayaraq, idmançı layihənin onun sağlamlığına böyük zərbə vurduğunu açıq dilə gətirir.

“Əlbəttə, “Survivor”a hər gedən xərçəngə tutulmur. Amma stres öz işini gördü. İndi həm uşaqlıqda xərçəng aşkarlanıb, həm də sinədə bu istiqamətdə müəyyən problemlər var. Ən pis halda əməliyyat etdirəcəyik. Həkimim sağ olsun ki, daim müalicə yolu barədə düşünür. Xaricdən dərmanlar gətizdiririk. Kimyaterapiya həyata keçirilmir. Buna görə də hələ saçlarım tökülməyib. Mən layihəni tərk edən kimi bildim ki, sağlamlıq qaydasında deyil. Dərhal həkimimə zəng vurdum. Tərslikdən orada gigiyena qaydalarına yaxşı əməl etmək olmur. Bir yaşındakı uşağımı qoyub “Survivor”a getmişdim. Hər problemə görə layihəni ittiham etmək istəmirəm. “Survivor” sayəsində tanınmışam. Amma elə bil sıxıntılar üst-üstə yığıldı...”

Qonaq olduğu televiziya proqramının bu yerində Nagihan göz yaşlarını saxlaya bilməyib. Həyatının alt-üst olduğunu, ailəsinin dağıldığını deyib.

“Bunlar haqda heç danışmaq istəməzdim. Qundaqda uşaq qoyub getmişdim. Qadının yüksək oyun ortaya qoyması o qədər çətindir ki... Təsəvvür edin, qadına aid dövrü mübarizədə geridə qoymağa çalışırsan. Amma Acun Ilıcalı o qədər mübarizə aparan adama deyir ki, sən uğursuzsan. Doğru deyil”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »