Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Birləşmiş Ştatlar KXDR-ə qarşı düşmənçilik niyyətində deyil
Birləşmiş Ştatlar KXDR-ə qarşı düşmənçilik niyyətində deyil

"ABŞ-ın KXDR-ə qarşı heç bir düşmən niyyəti yoxdur və onun regiondakı müttəfiqləri ilə birgə hərbi təlimləri standart təcrübədir".

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) nümayəndəsi "Reuters"ə bildirib.

“Biz açıq şəkildə bildirdik ki, KXDR-ə qarşı heç bir düşmən niyyətimiz yoxdur və hər iki ölkəni və regionu narahat edən bütün məsələlərin həlli üçün ciddi və davamlı diplomatik münasibətlərə sadiqik”, -  deyə o qeyd edib.

Ağ Ev vurğulayıb ki, ABŞ hakimiyyəti onlar üçün əlverişli olan vaxt və yerdə KXDR nümayəndələri ilə görüşməyə hazırdır: “Biz regiondakı tərəfdaşlarla birgə təlimlərimizin bir növ təxribat olduğu fikrini rədd edirik. Bunlar əvvəlki təcrübəyə tam uyğun gələn adi təlimlərdir”, - MTŞ nümayəndəsi əlavə edib.

Cümə axşamı KCNA xəbər agentliyi Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü tərəfindən ABŞ-ın Cənubi Koreyaya daha çox beşinci nəsil qırıcı və bombardmançı təyyarələr göndərmək, eləcə də birgə hərbi təlimlərin miqyasını genişləndirmək niyyətlərini kəskin tənqid edən bəyanat yayıb. Onun sözlərinə görə, Koreya yarımadasında və regionda hərbi-siyasi vəziyyət ABŞ və onun müttəfiqlərinin hərəkətləri nəticəsində son həddə çatıb, lakin KXDR nüvə silahlarının gücü ilə ABŞ-ın hazırladığı istənilən hərbi təhdid və ssenarilərin öhdəsindən gələcək.

Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, ABŞ-ın Koreya yarımadasına əlavə strateji resurslar göndərmək niyyəti Koreya yarımadasını nəhəng hərbi arsenala və daha da kritik müharibə zonasına çevirəcək: “ABŞ-ın Şimali Koreyaya təhdidləri artdıqca, ABŞ-a cavab da bir o qədər güclü olacaq”, - qeyd etdi.

KXDR Xarici İşlər Nazirliyi həmçinin bildirib ki, ölkə Pxenyana qarşı düşmən siyasətini təbliğ etdikləri müddətcə “ABŞ ilə heç bir əlaqə və ya dialoqda” maraqlı deyil. O, Amerika imperialistləri ilə güc dili ilə danışmağın vacibliyini vurğulayıb.

Pentaqonun rəhbəri Lloyd Ostinin keçən həftə Cənubi Koreyaya səfərindən sonra Vaşinqton və Seul 2023-cü ildə birgə təlimləri genişləndirmək qərarını açıqlayıb. Ostin həmçinin jurnalistlərə bildirib ki, ABŞ gələcəkdə Cənubi Koreyaya göndərilən müasir beşinci nəsil qırıcı və bombardmançı təyyarələrin sayını artırmaq niyyətindədir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »