Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarusda məktəbliləri sovet filmlərinə baxmağa məcbur edəcəklər
Belarusda məktəbliləri sovet filmlərinə baxmağa məcbur edəcəklər

Son bir ildə Belarusda da Rusiyadakı hadisələr baş verir. Ukraynaya hərbi müdaxiləni pisləyənlər təqib olunur. Repressiya səviyyəsi bir az da artıb. Belarus hökuməti nə qədər inkar etsə də, müəyyən mənada müharibədə tərəflərdən birinə çevrilib. Moskvanın müttəfiqi Rusiyanın qələbəsi üçün əlindən gələni əsirgəmir.

Bizimyol.info xəbər verir ki, Belarusda məktəbliləri sovet müharibə filmlərinə baxmağa məcbur etmək istəyirlər. Aleksandr Lukaşenko administrasiyası tarixi ekran əsərlərinə müraciətin çox az olduğuna inanır. Ölkə rəhbərliyi hesab edir ki, məktəblilər sövet dövrünün müharibədən bəhs edən filmlərinə çox baxmalıdırlar.

Administrasiya rəhbəri İqor Sergeyenko bu haqda danışıb. Onun iddiasına görə, guya pedaqoqlar bu təşəbbüslə çıxış ediblər. Hərşənd hamıya məlumdur ki, ölkə rəhbərliyi belə istəyir. Belarusda müharibə ovqatını artırmaq lazımdır. Çünki Minskin hərbi əməliyyatlara fəal qoşulması hər an gözlənilir. Kreml Kiyevə böyük hücum planlaşdırır. Bunu isə Belarusun köməyi olmadan həyata keçirmək müşkül görünür.

Belarusda məktəblilərə tarixi müharibə filmləri kinoteatrlarda göstəriləcək. Şagirdlərin hamısının ekran nümunələrinə baxıb-baxmamasının dəqiq qeydiyyatı aparılacaq. Seanslar şənbə günləri təşkil olunacaq. Filmlərin yaş məhdudiyyəti nəzərə alınmayacaq. Yəni məktəblilərə hətta böyüklər üçün nəzərdə tutulmuş filmlər də göstəriləcək.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi 2022-ci ilin fevralın 24-də başlayıb. Onda Kreml qoşunları məhz Belarus ərazisindən Kiyevə istiqamət almışdı. Rusiya Prezidenti Vladimir Putin inanırdı ki, üç gün ərzində Ukrayna paytaxtı ələ keçiriləcək. Müharibənin ilk günlərində Kreml qoşunlarının istəyinə nail olacağı təəssüratı vardı. Amma Ukrayna silahlı qüvvələrinin ciddi müqaviməti Rusiya ordusunun hədəfi dəyişməsinə səbəb oldu. Bundan sonra Belarus da müharibəyə fəal qoşulmaq məsələsini ertələmək qərarına gəldi. Putin dəfələrlə həmkarı Lukaşenkonu yola gətirməyə çalışıb. Görünür, “Batka” əmindir ki, Ukraynaya birbaşa müdaxilə daha acı nəticələr verə bilər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »