Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda fərqli dinlərə münaisbət necədir?
İranda fərqli dinlərə münaisbət necədir?

İranda kilsələrin və ümumiyyətlə ayrı-ayrı dinlərə mənsub olan insanların rahat şəkildə öz dini ibadətlərini yerinə yetirməsi ilə bağlı fikir ifadə olunur. Əslində isə reallıq fərqlidir. Ermənilər istisna olmaqla, İranda zərdüştilər, yəhudilər, sünnilər, orada yaşayan dini mənsubiyyətləri fərqli olan qrupların, bəhailərin rejimdən çox narazılıqları var. Bəhailərin hər gün evlərini başına uçururlar.

İbadətləri ilə bağlı ümumiyyətlə problemləri çoxdur. Məsələn, biləndə ki, şəxs bəhai məzhəbinə aiddir, onu hətta Universitetlərdən, iş yerlərindən qovurlar. Onlar öz məzhəblərini gizlətməyə məcbur olurlar. İranda yəhudilər də çox acınacaqlı bir vəziyyətdədirlər. Baxmayaraq ki, İran keçmiş dinin zərdüşt olduğunu iddia edir. Sünnilərə qarşı isə xüsusi ayrı-seçkilik var. Sünnilər bəzi yerlərdə özlərinə məscid belə tikə bilmirlər. Bəlucistanda sünni imam cümə Muləvi Əbdül Həmid haqsızlıqlarla bağlı çıxışlarında məsələlər qaldırır, irqi, dini ayrı- seçkilikdən danışır.

Bu barədə bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb. Onun sözlərinə görə, son etirazlarda çox sayda sünni məzhəbli insanlar güllələnib. Böyük-kiçik demədən, bir gün ərzində 110 nəfər insan öldürülüb və hələ də həbsxanalarda onların edamı davam edir.

“Bu səbəbdən İranda şiə olmayan bütün dinlərin, bütün məzhəblərin azadlıqları qorunur və İranda hamı bu hüquqdan bərabər şəkildə istifadə edir” fikri ən böyük yalandır. Ermənilər istisna olmaqla bu rejim digər dinlərə, məzhəblərə qarşı amansız davranır…Bu 43 ildə onların çox faciələri olub”- deyən siyasi şərhçi bildirir ki, fars və erməni dostluğu İran İslam Cumhuriyyətinin yəhudi, türk düşmənliyinə əsaslanan bir məsələdir. Eyni düşmənlik düşüncəsi ermənilərdə də var. Ermənilər birinci türkləri, sonra isə yəhudiləri özlərinə düşmən hesab edirlər. Düşmənin eyni olması onları birləşdirir. Fransada yaşayan ermənilərin də Türk və Yəhudi düşmənliyi fars və erməniləri İranda birləşdirir.

"“İranda etirazlar yeni başlayan ərəfədə “Lemon” qəzetinin birinci yazısında fars-molla rejiminə “siz bu ideoloji məsələnizdən bir az geri çəkilin. Biz də sizi dəstəkləyək. Başqa cür, başqa şəkildə mümkün olmayacaq”,- deyə təklif olunurdu. Amma rejim ondan da geri çəkilmədi. Əvəzində o dəstəyi almaq üçün erməni məsələsini, erməniləri himayə edəcəyini elan etdi.

Bundan sonra Ermənistanla münasibətlərdə irəliləyişlər müşahidə olunmağa başladı. Qafanda konsulluq açıldı. Zəngəzur məsələsi ortaya çıxanda Xameneinin oranı “qırmızı çizgi” elan etməsi və digər addımlar Fransaya və Fransada yaşayan ermənilərə verilən mesaj bu idi: “Baxın, görün sizin taleyinizi burada necə önəmsəyirik və buradakı erməniləri qorumaq üçün nə qədər siyasi risk alırıq. Bu səbəbdən də siz də əlinizdən gələni etməlisiniz. İran daxilində bu etirazların daha da vüsət almasının qarşısını almaq üçün oradakı İran rejiminə müxalif olanlara imkan və icazə verməyin ki, bu şəraitdən istifadə edib, İslam cümhuriyyətinə qarşı hər- hansı təbliğat və yaxud mitinqlər keçirsinlər".

Amma biz gördük ki, bütün bu yanaşmalar, təxminlər mümkün olmadı”"-deyə politoloq şərh edib. Onun sözlərinə görə, bütün Avropa dövlətləri yaxşı bilir ki, Fransada yaşayan ermənilər həm də yəhudilərə qarşı çox kəskin düşmənlik sərgiləyirlər. Hətta dəfələrlə İsrailin məsul şəxsləri deyiblər ki, Fransada antisemitizmlə bağlı ciddi addımlar atılmalıdır. Fransada yaşayan yəhudilərə qarşı bu düşmən mövqeyə son qoyulmalıdır.

“Bir müddət əvvəl Fransada etirazlar keçirilirdi. Etirazlardan öncə ermənilər, orada radikal dini qruplar Fransada çalışan yəhudilərin mağazalarına rənglərlə nişan qoyurdular. Yəni bilinirdi ki, onlar yəhudi mağazalarıdır. Etiraz vaxtı gedib oraları soyurdular, dağıdırdılar, od vururdular”.

Qeyd edək ki, artıq İran rejimi nüvə anlaşması, terrorizmlə bağlı, ümumiyyətlə öz daxilində vətəndaşlarının hüquq və azadlıqları ilə bağlı məsələlərdə geri çəkilmir. Hər zaman təzyiq, öldürmə, təhdid!

Hətta Avropa dövlətlərini belə terrorla təhdid etməyə cəhd edir. Bir az tarixi araşdıranda biz görürük ki, türk dövlətləri də, elə osmanlılarda da, Azərbaycan türklərində də, zaman -zaman Səfəvilər dövründə də ermənilərə gen- bol imkanlar verilib. Onlara hətta hakimiyyətin əsas yerlərində vəzifə veriblər. Ermənilər saraylarda tərcüməçi kimi işləyiblər, emənilər məktub aparıb- gətirən kimi çalışıblar.

Kitabların, bir çox sənədlərin tərcümə olunması, yazılması və digər yerlərdə də onlara imkanlar yaradılıb. Çox təəssüf ki, bunlar da hər zaman o şəraitdən həm sui-istifadə ediblər, həm çalışıblar ki, fitnə- fəsad yaradaraq olmayan tarixlərini öz xeyirlərinə saxtalaşdırsınlar.

İradə Cəlil, Biizmyol.info

Son xəbərlər
Bütün xəbərlər »