Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əqrəb mövsümü” ən yaxşı serialdırmı?
“Əqrəb mövsümü” ən yaxşı serialdırmı?

Son günlər sosial şəbəkələrdə “Əqrəb mövsümü” serialının müzakirələri aparılır. Bəzi istifadəçilər serialı tənqid edir, bəziləri isə Azərbaycanda ilk dəfə belə bir keyfiyyətli serialın çəkildiyini dilə gətirirlər.

Bəzilərinin fikrincə isə filmin büdcəsi ilə keyfiyyəti üst-üstə düşmür. Rejissor Zəki Bağırov bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu günə qədər “Əqrəb mövsümü” kimi serial çəkilməyib. O qeyd edib ki, 250 min manat 11-12 seriya üçün böyük büdcə hesab edilmir.

Zəki Bağırov Zəki Bağırov

“Hətta Türkiyə və digər ölkələrlə müqayisə etsək, büdcə çox azdır. Düzdür, serialı tənqid edənlər də, tərif edənlər də çoxdur. Amma bu normal haldır. Bir layihəni tənqid edənlər də olur, tərif edənlər də. Bu gün “Əqrəb mövsümü” televiziya serialları arasında ən yaxşısıdır, yeni nəfəs gətirib. Bu günə qədər belə bir serialın olmaması sağlam rəqabət yarada bildi”.

Xatırladaq ki, “Əqrəb mövsümü” serialı Ceyhun Hidayətlinin “Əqrəb” romanı əsasında çəkilib. Serialın rejissoru Emil Quliyev, ssenari müəlifi isə Azər Aydəmirdi. 12 seriyadan ibarət olan serialda şəhəri təşviş içərisində saxlayan qatilin axtarışından bəhs edilir. Qatilin törətdiyi hər cinayət yeni bir mesaj verir və istintaq prosesini çətinləşdirir. Rollarda Hikmət Rəhimov, Azər Aydəmir, Şahanə Rzayeva, Eldəniz Rəsulov və digər aktyorlar yer alıb.

Onu da deyək ki, serialın çəkilişləri 2021-ci ilin sonlarında başa çatıb. Serialın büdcəsi isə 249 min 643 manat olub.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »