Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyada hətta kino industriyasında belə ermənilərin güclü nüfuzu var"
"Rusiyada hətta kino industriyasında belə ermənilərin güclü nüfuzu var"

“Rusiya tərəfi Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin rəhbərlərinin timsalında iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazırdır”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib.

2020-ci il 10 noyabr üçtərəfli bəyannamə imzalandıqdan sonra sülh müqaviləsinin imzalanması üçün danışıqlara başlanıldı. Amma aradan 2 ildən çox müddətin keçməsinə baxmayaraq sülh müqaviləsi imzalanmır. Ermənistan hər dəfə bir bəhanə ilə müddəti uzatmağa çalışır. Digər tərəfdən isə, Rusiyanın da sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu demək olmaz. Çünki Rusiya üçtərəfli sazişlə üzərinə götürdüyü öhdəlikləri də layiqincə yerinə yetirmir.

Milli Məclisin deputatı Rüfət Quliyev bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 10 noyabr üçtərəfli bəyannamədə Rusiya prezidentinin imzası olduğu üçün Rusiyanın da öhdəlikləri var. Rusiya bu öhdəlikləri rəsmən üzərinə götürüb.  Deputat qeyd edib ki, Ermənistan -Azərbaycan danışıqlarının faydası var. Buna baxmayaraq erməni mafiyası, diasporu Rusiyada köklü formada yerləşib. Onların xüsusi maraqları, təsir nöqtələri var.

“Son 15 ildə Rusiyada çəkilən filmlərə, seriallara baxın, orada bir neçə nəfər, ya rejissor, ya aktyor etnik ermənidir. Mahnılar erməni mahnılarıdır. Hətta İkinci Dünya Müharibəsi haqqında belə çəkilən epizodlarda ermənilər müsbət formada göstərirlər. Bu isə o deməkdir ki, hətta kino industriyasında belə onların güclü nüfuzu var. Amma biz öz işimizi görürürk. Cənab prezidentin diplomatik korpusa, parlamentarilərə, XİN-ə xüsusi tapşırığı var. İş uğurlu şəkildə aparılır. Bu il sülh müqaviləsi bağlanacaq. Çünki Ermənistanın başqa yolu yoxdur. Rusiya prezidenti sazişə imza atdığı üçün məcburi şəkildə öz öhdəliklərini həyata keçirməlidir!” Parlamentari qeyd edib ki, bundan sonra ermənilərin istənilən addımı uğursuzluqla nəticələnəcək.

Qeyd edək ki, Rusiya XİN-də çalışan insanların 10 faizi etnik ermənilərdir. Onların əksəriyyəti yüksək vəzifələr icra edirlər. Bu prosseslərə təbii ki, onların da müəyyən qədər təsiri var.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »