Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çıxarış telefon nömrəsinə kod-şifrə ilə verilir"
"Çıxarış telefon nömrəsinə kod-şifrə ilə verilir"

Bakıda 500 mindən çox sənədsiz ev mövcuddur. Bu evlər əsasən 1990-cı illərdən 2007-ci ilə qədər tikilən evlərdir. Bu günlərdə sosial şəbəkələrdə çıxarışların verilməsi ilə bağlı “7 günə deyil, bir günə veriləcək” ifadəsi, yenidən sənədsiz evlər problemini gündəmə gətirib. Əksər vətəndaşlar bu prossesin sənədsiz evlərlə bağlı olduğunu düşünür.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələ təkrar alqı-satqılara aiddir.

“Əvvəllər bir mənzil notarial qaydada satılan zaman alıcı çıxarış almaq üçün sənədlərini Əmlak Komitəsinə verirdi. Və orada sənədlər orta hesabla 7 günə hazır olurdu. İndi həmin o 7 gün müddət 1 gün edilib”- deyən ekspert vurğulayıb ki, bu məsələnin ümumi “kupçalaşma” ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, sənədsiz evlərə sənəd almaq bir həftəyə həyata keçrilmir. Bunun üçün aylar, illər lazım olur. Bu məsələ qeyd edildiyi kimi təkrar alqı-satqı ilə bağlıdır. Yəni təkrar alqı-satqı zamanı alıcıya verilən çıxarışın verilmə müddətinin qısaldılmasıdır məsələ. Artıq vətəndaş yeni aldığı daşınmaz əmlakın çıxarışını bir iş günü ərzində ala biləcək. Əvvəllər 3 iş günü, 7 iş günü və 21 iş günü bu məsələ öz həllini tapırdı.Vətəndaş bu qeyd edilən müddətdə çıxarışını əldə edə bilmək üçün fərqli məbləğlər ödəyirdi.Yeni qərardan sonra isə alqı-satqı rəsmi şəkildə aparıldığı zaman vətəndaşın çıxarışı dərhal verilməlidir. Ekspert vurğulayıb ki, daha çıxarışlar kağız formasında olmur. Onu elektron formada vətəndaşa təqdim edirlər.

“Bu vəziyyət vətəndaşlar üçün əlverişlidir. Çünki vətəndaş əvvəllər ev aldığı zaman müəyyən müddət çıxarış üçün gözləyirdi. İndi daha gözləməyə ehtiyac qalmır. Çıxarış telefon nömrəsinə kod-şifrə ilə verilir. O da zaman çıxarışının sürətini çıxara bilir, eyni zamanda alqı-satqı zamanı notariusda kod-şifrə yoxlanılarkən vətəndaşın çıxarışı görünür”.

Qeyd edək ki, bu məsələnin ümumi bazara, ilkin sənədləşmələrə heç bir aidiyyatı yoxdur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »