Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nağd yoxsa kartla: Hansını seçməli?
Nağd yoxsa kartla: Hansını seçməli?

Pulun özü necə tarixi ixtira hesab olunursa, eynilə ödənişin nağdsızlaşdırılması meyillərini də ümumibəşəri tapıntı hesab edə bilərik. Nağdsızlaşdırma həm də son 3 ildə dünyanı tibbi, iqtisadi və siyasi anlamda ardıcıl sınaqlara çəkən pandemiyanın azsaylı müsbət tərəflərindən biri oldu. Əslində nağdsızlaşdırma meyilləri yarım əsrdən çox vaxtı əhatə edir. Lakin pandemiya dövrü bu axın o dövrə qədərki zamana nisbətən daha da intensivləşməyə başladı. Çünki bu, karantin tələbləri və sanitar qaydaların doğurduğu zərurətdən irəli gəlirdi. Yəni hər an evdən çıxa bilməyənlər üçün ödənişin vahid metodu nağdsız ödəniş oldu. Yaxud da kart və ya mobil tətbiq üsulu ilə ödənişlər kağız pulla müqayisədə gigyenik cəhətdən də daha münasib hesab olunurdu.

Bu barədə bizimyol.infox xəbər portalına danışan iqtisadçı Pünhan Musayev qeyd edir ki, bəzi ölkələr isə hətta post-pandemiya dövrünün əsas hədəflərindən biri kimi gələcəkdə tamamilə nağdsız olmağı seçiblər.

Pünhan Musayev Pünhan Musayev

Texnologiyanın sürətli inkişafı və rəqəmsallaşma tendensiyasının sürətləndiyi şəraitdə ödəniş sistemlərinin təkmilləşməsi dəyişgən əməliyyat mexanizmlərindən əlavə, dövlət və biznes üçün də real fayda potensialı olmaqla nağd ödəniş üsulunun tədricən nağdsız ödənişlə əvəz olunmasını tələb edir.

“Dövlətlərin maraqları çərçivəsindən nağd pul, həm də əlavə emal xərci deməkdir. Hansı ki, hər il dövlətlər emissiya prosseslərində saxtalaşdırma prossesi ilə mübarizə çərçivəsində daha effektiv, nominal əsginasları çap etmək üçün külli miqdar vəsait sərf edirdilər ki, nağdsızlaşma bu problemin də aradan qaldırılması istiqamətində olduqca uğurlu seçimdir. Biznes nöqteyi nəzərindən isə bu, ilk növbədə mühasibat rahatlığıdır. Xüsusilə gərgin iş vaxtları qalıq vəsait üçün müəyyən nominal (əsasən, “xırda”) pulun tapılmaması müştəri məmnunluğu və işin keyfiyyətinə kölgə salırdı. İş sonu pul sayılması zamanı ortaya çıxan yanılqı və şübhələr isə nağdsız ödənişlərlə təsiri azalan digər üstün cəhətlərdəndir”-deyən iqtisadçı bildirir ki, gigiyenik və çeviklik məqamlarından başqa, nağd pulun əzilib-cırılma ehtimalları, külli miqdarda vəsaitin bir neçə prosedurla daşınması və ödənilməsi, hər bir əməliyyatın avtomatik qeydinin aparılması, habelə istehlakçıları stimullaşdırmaq məqsədilə promosyon və endirimlərin olması da nağdsız ödəniş üsuluna cəmiyyətdə marağı artıran amillərdəndir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »