Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran qonşularına qarşı təhdid siyasəti həyata keçirir"
"İran qonşularına qarşı təhdid siyasəti həyata keçirir"

“ABŞ hökuməti İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərbi əməliyyatları istisna etmir”. Bu barədə ABŞ Dövlət katibi Antoni Blinken “Al Arabiya”ya müsahibəsində deyib. O qeyd eidb ki, İran hakimiyyətinin yayın sonunda beynəlxalq nüvə sazişinə qayıtmaq imkanı olsa da, İran bundan imtina edib. Onlar Co Bayden hakimiyyətə gəldikdən sonra nüvə sazişinə qayıtmadı.

Bayden Adminstrasiyası çox çalışırdı ki, İranla nüvə sazişi imzalasın və İranı Rusiya-Çin orbitindən uzaqlaşdırsın.  Qərb üçün isə Rusiya -Ukrayna müharibəsi fürsət idi. Onlar çalışırdı ki, İran nef-qazını Avropaya nəql etisn. Amma göründüyü kimi SEPAH, mühafizkar qüvvələr qərbin yanında olmayıb, nüvə sazişindən tamamilə imtina etdilər. Rusiya ilə birlikdə Qərbə qarşı mövqe alıblar.

Bu barədə Bizimyol.info saytına politoloq Məhəmməd Əsədullazadə bildirib. Politoloq qeyd edir ki, İran Cənubi Qafqazda da destabilizasiya siyasəti yürüdür. Azərbaycanın Cənubi Qafqazda yaratdığı sülh və təhlükəsizliyi təmin edən geosiyasi reallığı qəbul etmir. Buna qarşı hərbi siyasi təzyiqləri ilə cavab verir. Azərbaycan səfirliyinə hücum da bu təhdidlərin tərkib hissəsidir. Ümumiyyətlə İran yaxın şərqdə İsrailə qarşı da ideoloji və hərbi siyasi təhdiddir. İsraili yer üzündən silməklə təhdid edir.

“İran proksi hərbi silahlılar, həmçinin terror təşkilatları yaratmaqla bütün qonşularına qarşı təhdid siyasəti həyata keçirir. İran İslam İnqilabının ixracı ideologiyasını da həyata keçirir. Göründüyü kimi İranın tutduğu bütün siyasi xətt terrordur və bu region üçün yalnız təhdid hesab edilə bilər. İranın öz xalqına qarşı ayrıseçkilik siyasəti, neft və qazdan 2015-2017-ci illərdə əldə etdiyi milyardlarla dolları xalqın rifahı üçün deyil, birbaşa silahlı dəstələrin, terror təşkilatlarının yaradılmasına sərf edib. Bu da onu göstərir ki, İran konkret olaraq, terror siyasəti həyata keçirir".

Politoloq hesab edir ki, ABŞ-ın xüsusi xəbərdarlıqlarına baxmayaraq, öz terror siyasətindən kənara çəkilmir, İsraillə hər-hansı bir sərhəddi olmamasına baxmayaraq, düşmən siyasəti aparır.

İran öz ambissiyalarını həyata keçrimək üçün İsrailə qarşı da düşmən mövqeyindədir.

“Azərbaycanla əlaqələrdə ambissiya siyasəti həyata keçirdiyi üçün münasibətlər Tehran tərəfindən pozulur. Daxildə ciddi dayaqları zəifləyib, artıq xalqın dəstəyi də yoxdur. Həm də xarici təhdidlər İran rejiminin ciddi şəkildə zəifləməsinə gətirib çıxarıb. Bütün parametrlərdə İran mənfi siyasət həyata keçirir. Bu siyasət əvvəl-axır İran rejiminin birbaşa hakimiyyətdən getməsi ilə nəticələnəcək”-deyə politoloq vurğulayıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »