Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Conson: Ukraynanı NATO-ya daxil edilsəydi, faciənin qarşısı alınardı
Conson: Ukraynanı NATO-ya daxil edilsəydi, faciənin qarşısı alınardı

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib ki, əgər ölkələr ardıcıl və cəsarətlə Ukraynanı NATO-ya daxil etsəydilər, Rusiyanın tammiqyaslı işğalından qaçmaq olardı.

Bizimyol.info xəbər verir ki, “The Washington Post” qəzetinə yazdığı məqalədə Conson qeyd edib ki, Qərb ölkələri onilliklər ərzində NATO və Ukrayna ilə bağlı diplomatik qeyri-müəyyənlikdən istifadə ediblər və bu, tam fəlakətlə başa çatıb.

“Biz illərdir ukraynalılara deyirik ki, bizim NATO-da açıq qapı siyasətimiz var və onların öz müqəddəratını seçmək hüququ var və Rusiyanın veto hüququ olmamalıdır. Bütün bu müddət ərzində biz Moskvaya açıq şəkildə bildirdik ki, Ukrayna heç vaxt Alyansa qoşulmayacaq - çünki NATO-nun bu qədər üzvü veto hüququndan özləri istifadə edəcəklər. Nəticədə Avropada son 80 ilin ən dəhşətli müharibəsi baş verdi. Rusiya prezidenti Vladimir Putin saysız-hesabsız həyatı, evləri, ümidləri və arzuları məhv etdi”, - deyə Conson yazıb.

Siyasətçi qeyd edib ki, Putin Ukraynanın NATO-ya üzv olacağını düşündüyü üçün işğal etməyib - o, həmişə bunun mümkün olmadığını bilirib.

"O, Ukraynaya hücum etdi, çünki inanırdı ki, bizim Ukraynanı müdafiə etməkdə o qədər də ciddi deyilik və buna dair onun çoxlu sübutları var idi. Əgər biz Ukraynanı NATO-ya daxil etmək üçün kifayət qədər cəsarətli və ardıcıl olsaydıq - həqiqətən dediklərimizi nəzərdə tutsaydıq - o zaman bu total fəlakətdən qaçmaq olardı”, -deyə o qeyd edib.

Conson əlavə edib ki, Ukraynada NATO-ya üzvlüyünə dəstək çox yüksəkdir, ukraynalıların 83%-i hesab edir ki, Ukrayna Alyansa üzv olmalıdır. Eyni zamanda, Ukrayna ordusu NATO texnikasından istifadə etməklə qeyri-adi bacarıq və cəsarətlə döyüşür. Consonun qeyd edib ki, NATO ukraynalılara müharibəni necə aparmağı öyrədə bilmədi – əslində onların bizə öyrədə biləcəkləri çox şey var.

"Ukraynalılar bu müharibəni mümkün qədər tez bitirmək üçün lazım olan hər şeyi vaxtında almalıdırlar", - deyə o vurğulayıb.

Böyük Britaniyanın keçmiş baş naziri Kiyevin ən qızğın tərəfdaşlarından və müttəfiqlərindən biridir. O, Ukrayna Silahlı Qüvvələrinə əhəmiyyətli hərbi yardım göstərib və Rusiyanın təcavüzünə qarşı bir çox təşəbbüsləri, xüsusən də sanksiyaları dəstəkləyib.

Davosda keçirilən iqtisadi forum çərçivəsində Conson Putinin nüvə təhdidlərinə inanmamağa və Ukraynaya qələbəni təmin edəcək alətlər verməyə diqqət yetirməyə çağırıb.

Britaniyanın keçmiş baş naziri Boris Conson BBC-yə müsahibəsində deyib ki, Putin Rusiyanın Ukraynaya müdaxiləsi ərəfəsində təcili telefon danışığı zamanı onu raket hücumu ilə hədələyib.

Kreml bunu təkzib edir. Rusiya prezidentinin sözçüsü bildirib ki, onun rəhbəri həmin söhbətdə guya Ukrayna NATO-ya daxil olarsa, NATO raketlərinin Rusiyaya təhlükə olduğunu qeyd edib - o zaman Ukraynada yerləşdirilən raketlər bir neçə dəqiqə ərzində Moskvaya çata biləcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »