Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarusda RQQ komandanlığının formalaşdırılması hazırlığına başlanılıb
Belarusda RQQ komandanlığının formalaşdırılması hazırlığına başlanılıb

Belarusda Regional Qüvvələr Qrupunun (RQQ) Birgə Komandanlığının qərargah hazırlığı başlayır, bu müddət ərzində Belarus və Rusiya nümayəndələri İttifaq dövlətinin hərbi təhlükəsizliyini təmin etmək üçün RQQ-dən istifadəyə dair qərar qəbul etməyi məşq edəcəklər.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı Belarus Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün Belarus Respublikası Silahlı Qüvvələrində qoşunların (qüvvələrin) regional qruplaşmasının Birləşmiş Komandanlığının birgə qərargah hazırlığı başlayır. Həftə ərzində iki dövlətin hərbi idarələrinin nümayəndələri bu mövzuda son illərin silahlı münaqişələri təcrübəsi əsasında qoşunların istifadəsinin birgə planlaşdırılması məsələlərini işləyəcəklər: İttifaq dövlətinin hərbi təhlükəsizliyinin təmin edilməsi maraqları naminə qoşunların (qüvvələrin) regional qruplaşmasının istifadəsi haqqında qərar qəbul edilməsi palnlaşdırılacaq", - məlumatda deyilir.

Bu barədə Belarus hərbi idarəsi məlumat yayıb ki, birgə əməliyyat hazırlığı tədbirləri kompleksi iki dövlətin hərbi komandanlıq və nəzarət orqanlarının uyğunluğunun artırılmasına yönəlib və “Birlik qalxanı-2023” bu ilin sentyabrında Rusiya Federasiyasında baş tutacaq birgə əməliyyat təliminə hazırlığın növbəti mərhələsidir.

2022-ci il oktyabrın 10-da Belarus prezidenti Aleksandr Lukaşenko Moskva ilə razılaşmalar çərçivəsində Belarus hərbi personalı əsasında regional qoşun qruplaşmasının formalaşmasına başlandığını elan edib. Oktyabrın ortalarında Minsk Rusiya hərbçilərinin olduğu ilk eşalonun respublikaya gəldiyi bildirilib. Rusiya prezidenti Vladimir Putin dekabrın 19-da Belarus paytaxtında Lukaşenko ilə danışıqlardan sonra Moskva və Minskin RQQ də daxil olmaqla, birgə təlimlər və başqa döyüş hazırlığı tədbirlərinin keçirilməsi təcrübəsini davam etdirəcəklərini bildirib.

Yanvarın əvvəlində Belarus Müdafiə Nazirliyi qrupun yaradılmasının davam etdiyini, həmçinin Birlik Dövlətini qorumaq üçün tapşırıqları yerinə yetirməyə hazır olduğunu elan edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »