Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaxın aylarda Rusiyanın yeni hücumu ehtimalı yüksəkdir - MTİ
Yaxın aylarda Rusiyanın yeni hücumu ehtimalı yüksəkdir - MTİ

Qərb, Ukrayna və Rusiya mənbələri Rusiyanın yeni hücuma hazırlaşdığını bildirməkdə davam edir.

Bizimyol.info xəbər verir ki, Amerika Müharibənin Tədqiqi İnstitutunun (MTİ) hesabatına görə, bəyanatlar İnstitutun yaxın aylarda hücumun ən çox ehtimal olunan hərəkət kursu olduğuna dair qiymətləndirməsini təsdiqləyir.

MTİ xüsusilə NATO-nun baş katibi Yens Stoltenberqin Alyansın Rusiyanın yeni hücumunu gözlədiyi barədə bəyanatını xatırladır. Həmçinin Ukrayna Quru Qoşunlarının Ehtiyatlar Şurasının rəhbəri İvan Timoçkanın gözlənilən hücumun bir hissəsi kimi Donbasda rus qrupunun gücləndirilməsi ilə bağlı bəyanatı da var.

Onlar qeyd edirlər ki, rusiyalı qondarma hərbi bloqçular Rusiya Federasiyasının əsas qüvvələrinin gözlənilən hücum və vəd edilən irəliləyiş üçün hələ də “döyüşə girmədiyi” barədə məlumatlar yayırlar.

“Stoltenberq və Timoçkanın bəyanatları MTİ-nin Rusiya qüvvələrinin yaxın aylarda, ehtimal edilən Luqansk bölgəsində hücuma başlamaq üçün hazılıqlar görməsi ilə bağlı əvvəlki proqnozunu təsdiqləyir”, - hesabatda deyilir.

Son günlər Rusiyanın Ukraynaya yeni hücuma hazırlaşdığına dair xəbərdarlıqlar getdikcə artır. Dekabrda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı xəbərdarlıq etmişdi ki, Rusiya Kiyevə və Ukraynanın digər şəhərlərinə mümkün hücum üçün çoxlu sayda əsgər hazırlayır.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası hücumun 1-2 ay ərzində baş verə biləcəyini bəyan edib və genişmiqyaslı müharibənin birinci ildönümü ərəfəsində düşmənin cəbhədə hərəkətlərinin intensivləşəcəyini proqnozlaşdırıb.

Yanvarın 30-da NATO-nun baş katibi Yens Stoltenberq də rusların yeni hücuma hazırlaşdığını bəyan edib. O qeyd edib ki, bunu təcavüzkar ölkənin 200 mindən çox insanı səfərbər etmək planları, İran və Şimali Koreyadan silah və sursat alması sübut edir.

Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərin yaxın gələcəkdə rus işğalçılarının yeni hücumunun mümkünlüyü ilə bağlı suallarına cavab olaraq deyib: "Qisas, başa düşüləndir. Açığını deyim, biz artıq inanırıq ki, qisas Donbasla başa çatmayacaq. Və ruslar oraya durmadan qüvvələr cəmləşdiri, hər gün daha da güclənir. Hər gün ya onların yeni hərbi dəstələrinin gətirildiyini, ya da “Vaqnerçilərin” sayının artdığı xəbərini alırıq", - deyib. O, bütün bunlara baxmayaraq Rusiya Federasiyasının Ukraynanı işğal edə bilməyəcəyinə əminliyini ifadə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »