Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq: Rusiyanın Ukraynada qələbəsi avtoritar liderlərə “pis örnək” olar
Stoltenberq: Rusiyanın Ukraynada qələbəsi avtoritar liderlərə “pis örnək” olar

"Rusiya Ukraynaya qarşı başlatdığı, bir ilə yaxındir davam edən işğalçı müharibədə qələbə qazanarsa, bu bütün dünyada avtoritar liderlər üçün “təhlükəli mesaj” ola bilər".

Bizimyol.info xəbər verir ki, bu sözləri çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberq Yaponiyanın özünümüdafiə qüvvələrinin Tokionun Sayama prefekturasında yerləşən İruma hərbi bazasına səfəri zamanı deyib.

“Prezident Putin qalib gəlsə, ona və digər avtoritar liderlərə mesaj güc tətbiq etməklə istədiklərini əldə edə biləcəkləri olacaq. Bu, dünyanı daha təhlükəli bir yerə çevirir və bizi daha həssas edir.

Beləliklə, Avropada baş verənlər Hind-Sakit okean üçün vacibdir. Asiyada baş verənlər NATO üçün vacibdir.

Bizim təhlükəsizliyimiz bir-birinə bağlıdır.

Buna görə də biz BMT Nizamnaməsinə tam hörmət etməkdə israr edərək, zülm və tiraniyanın azadlıq və demokratiyadan üstün olmamasına təkid edərək birlikdə və möhkəm olmalıyıq”, - deyə o qeyd edib.

Stoltenberq Yaponiyada rəsmi səfərdədir. Gün ərzində o, Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşəcək. Ötən həftə sonu NATO-nun baş katibi Cənubi Koreyaya da səfər edib və burada ölkə rəhbərliyi ilə bir sıra ikitərəfli görüşlər keçirib.

Stoltenberq Şimali Koreyanın raket sınaqlarının Cənubi Koreya üçün təhlükə olduğunu bildirib. “Şimali Koreya son bir ildə misli görünməmiş raket sınaqları, davam edən nüvə fəaliyyətləri və ritorika da daxil olmaqla, təxribatçı və sabitliyi pozan davranış modelini davam etdirir. Onların hamısı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə qarşıdır. Bu, Cənubi Koreya, həmçinin beynəlxalq sülh və təhlükəsizlik üçün açıq təhlükə yaradır. Biz Pxenyanı təxribatlarını dayandırmağa və beynəlxalq hüquqa tam əməl etməyə çağırarkən tərəfdaşlarımızın yanındayıq. Şimali Koreya həmçinin Rusiyanın "Vaqner Qrupu"na raketlər çatdırıb. Rusiyanın Ukraynaya qarşı müharibəsini daha da güclənməsinə yardım edib”, - deyib.

Baş katib deyib ki, dünya bu avtoritar rejimlərdən azad olmalıdır. Bunun üçün bütün demokratik dövlətlər Ukraynaya yardım etməli və Rusiyanın avtoritar rejimdən xilas olmasını təmin etməlidirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »