Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ərdoğan Fransa ilə münasibətləri daha da gərginləşdirəcək"
"Ərdoğan Fransa ilə münasibətləri daha da gərginləşdirəcək"

Fransa ilə Osmanlı dövləti arasında Afrika ilə bağlı inanılmaz bir rəqabət vardı. Bu rəqabət Türkiyə cumhuriyyətinə də miras qaldı və Osmanlı dövlətinin əlindən çıxan Afrika torpaqlarının indi Türkiyə, Fransanın nəzarətindən çıxmasını təmin edir. Ərdoğan Makron ilə bunun mübarizəsini apardığı bir zamanda Afrikadakı digər dominant güclərin də hakimiyyətlərinə son vermələrini təmin edəcəkdir.

Bu barədə bizimyol.info xəbər portalına Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay danışıb. O qeyd edib ki, Afrika bu mübarizənin sonunda müstəqilliyini əldə edərək, dünyada yeni bir oyanışı təmin edəcək. O bildirib ki, Fransa dünya siyasətində əldə etmiş oluduğu fürsətləri yavaş-yavaş itirir. Ərdoğan da xüsusilə Makronun timsalında Fransanın bu çöküşünü gördüyü üçün bu vəziyyəti gündəmə gətirərək, Fransanın Afrikdakı müstəmləkələrinin Fransaya qarşı müstəqillik mübarizəsi verməsinin qarşısını açır.

Hasan Oktay Hasan Oktay

“Fransa Türkiyə ilə münasibətlərini son zamanlar gərgin atmosferdə davam etdirir. Ərdoğan bunu daha da gərginləşdirəcək. Dünya siyasətinə Fransanın təsiri yavaş-yavaş azalacaq, zəifləyəcək. Fransa hər fürsətdə Türkiyəyə qarşı, xüsusilə də Avropa Birliyini istifadə edərək, hərəkət etməyə davam edir.

Türkiyə Avropa Bilriyinə daixl olmağa çalışsa da, Fransa bunun qarşını alır. Birbaşa özü müdaxilə etməsə də, Fransanın nəzarətində olan Avropa Birliyinə daxil olan digər dövlətlər hərəkətə keçərək Türkiyəyə qarşı əks mövqe sərgiləyirlər. Buna görə də Türkiyə Fransa ilə dünyanın hər bir yerində ciddi şəkildə mübarizəsini davam etdirəcək”.

Xatırladaq ki, bu gün R.T.Ərdoğan Makronu nüfuzdan düşmüş prezident adlandırıb. O qeyd edib ki, isyasətçi olmaq üçün dürüst olmaq lazımdır və bir çox Afrika ölkələri Fransadan canını qurtarmağa çalışır və buna nail olacaqlar.

İardə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »