Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bələdiyyələrin fəaliyyətlərinə olan müdaxilələrin qarşısı alınmalıdır"
"Bələdiyyələrin fəaliyyətlərinə olan müdaxilələrin qarşısı alınmalıdır"

Azərbaycanda bələdiyyə dedikdə, nədənsə hər zaman “torpağı bir neçə nəfərə satan qurum”, “məişət tullantılarını təmizləmədiyinə görə cərimə edilən idarə“ təəsüratı yaranır. Azərbaycanda bələdiyyələr 1999-cu ildən yaradılsa da, bugünə kimi dorğu-dürüst səlahiyyətləri, fəaliyyətləri olmayıb, ya da olması üçün bələdiyyələrə imkanlar yaradılmayıb. Qardaş Türkiyədə bələdiyyələrin xüsusi vəzifələri var. Su-kanalizasiya işləri, bazarlara nəzarət, məişət tullantılarının daşınması və təmizlənməsi, nikahın bağlanması və bu kimi fəlaiyyətləri bələdiyyələr icra edir.

Azərbaycanda bələdiyyələrin fəaliyyəti nədir?

Yuxarıdakı suala heç bir sıravi oxucu cavab tapa bilməz. Azərbaycanda sözün əsl mənasında bələdiyyələrin sadəcə adı var. Sanki xüsusi bir əl imkan vermir ki, bələdiyyələr gözünü açsın!?

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, onların fəaliyyətlərinə olan müdaxilələrin qarşısı alınmalıdır. “Bələdiyyə seçkilərinin tam şəffaf keçirilməsinə nail olmalıyıq, kimə səs verdiyimizi bilməliyik.

Bunlar tamamilə öz həllini tapmalıdır. Eyni zamanda bələdiyyələrin birləşdirilməsi məsələsi də qaldırılmalıdır. Bu gün Azərbaycanda 1606 bələdiyyə formalaşdırılıb. Azərbaycan kimi kiçik ölkədə bu qədər bələdiyyənin olması hədsiz dərəcədə çoxdur.O cümlədən, 15 mindən artıq bələdiyyə üzvü və 6 minə yaxın da bələdiyyə qulluqçusu var. Biz yüksək standartlara cavab verən bələdiyyələrin yaradılmasını istəyiriksə, qeyd edilən məsələləri tezliklə və sürətli şəkildə həll etməliyik. Burada beynəlxalq təcrübədən də yararlanmalıyıq. Bu gün bələdiyyənin işinə problem yaradan orqanlar kifayət qədərdir. Məsələn, Əmlak Məsələləri üzrə Dövlət Xidməti konkret şəkildə bələdiyyənin fəaliyyətinə problem yaradır”-deyən sədr qeyd edib ki, konkret olaraq vətəndaş- bələdiyyə-əmlak məsələləri, bu tandem öz həllini tapmalıdır. Onun sözlərinə görə, bu gün Əmlak Məsələləri üzrə Dövlət Xidməti 20 il ərzində bələdiyyələrə mülkiyyətə torpaq və əmlak verməyibsə, bu prosses başa çatdırılmayıbsa, demək burada çox ciddi problemlər var.

Mülkiyyəti olmadığı üçün bələdiyyə konkret hər- hansı bir addım atıb, kredit götürə bilmirsə, vətəndaş müraciət etdiyi zaman onu torpaq sahəsi ilə təmin etmək istədikdə bunu edə bilmirsə, vətəndaş sahibkarlıqla bağlı müraciət edirsə, ona 10-20 kvadratlıq obyekt yeri, torpaq sahəsi verə bilmirsə, bu zaman bələdiyyə büdcəsinə kifayət qədər vəsait daxil olmur. Bu isə o deməkdir ki, problemin kökü ciddidir. “Biz bu məsələlərin həllini sürətləndirməliyik və Əmlak Məsələləri üzrə Dövlət xidməti bələdiyyələrə əmlakın verilməsini həyata keçirməlidir. 2002 -ci ildə dövlət əmlakının bələdiyyələrə verilməsi ilə bağlı prezident sərəncamı var idi. Nazirlər Kabineti də həmin prossesi təsdiqləmişdi. Həmin dövrdə Azərbaycanda formalaşdırılan 2667 bələdiyyəyə inzibati fəaliyyət üçün cəmi 92 dövlət mülkiyyəti verilib.

Digər bələdiyyələrin hər birinin inzibati binası var. Amma çox təəssüf ki, onların 90 faizi sənədləşdirilməyib, yəni bələdiyyənin mülkiyyətində deyil. Çox az hissəsi bu gün inzibati olaraq fəaliyyətdədir. Təsəvvür edin ki, özünə bina inşa edib fəaliyyət göstərən bələdiyyə öz inşa etdirdiyi inzibati binaya çıxarış alıb, onu mülkiyyətinə sala bilmir” -deyə Vüqar Tofiqli vurğulayıb.

Bələdiyyələrdə bu gün saysız problemlər var. Bizimyol.info bu mövzu ilə bağlı araşdırmalara davam edəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »