Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada “Lada”ya vurmağa boya tapılmır
Rusiyada “Lada”ya vurmağa boya tapılmır

Rusiyanın ən böyük avtomobil istehsalçısı olan “AvtoVAZ” boya və lakların çatışmazlığı ilə üzləşib. Bu barədə avtomobil istehsalçısının nümayəndəsi rəsmi açıqlama da verib.

Bizimyol.info xəbər verir ki, Rusiyada “Lada” avtomobillərinə vurmağa rəng tapılmır. Dilerlərin sözlərinə görə, indi avtomobilləri yalnız ağ, qara və tünd yaşıl rənglərdə sifariş etmək olar. Digər rənglərə boyanmış avtomobillər martdan tez hazır olmayacaq. Hər halda rəsmi açıqlamada belə deyilir.

Rusiya avtomobil istehsalı bazarında başqa mənbələr jurnalistlərə bildirib ki, problem daha uzun sürə bilər. Qıtlığın daha 4-5 ay davam etməsi mümkündür. “Lada” istehsalçısı rəsmi açıqlama versə də, suallara geniş cavablandırmağa həvəsli görünmür. Yəni problem haqda ətraflı danışılmır.

“Müntəzəm çatdırılma üçün təchizatçılarla daim əlaqə saxlayırıq. “AvtoVAZ” bu məsələdə şirkətin müvafiq nazirlikdən aldığı dəstəyə görə minnətdarlığını bildirir. Yaxın həftələrdə bu problemin həllini gözləyirik”, - açıqlamanın ikinci hissəsi yalnız bu ifadələrdən ibarətdir.

Amma “Rus boyaları” səhmdar cəmiyyətinin baş direktoru Ella Vasilyeva problemin kökünü gizlətməyib. O, Avropadan xammal gəlmədiyinə görə böyük çətinliklə üzləşdiklərini bildirib.

“Asiyada, Cənubi Amerikada, Koreyada əvəzedici axtarırıq. Təssüf ki, hər şey tapılmır. Əldə olunanlar Avropa xammalı ilə identik deyil. Rusiya elmi-tədqiqat laboratoriyaları bunun üzərində işləyir. Problemi həll etməyə çalışırıq”.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlamazdan əvvəl avtomobil sənayesi üçün boya və lakların əsas tədarükçüləri Avropa şirkətləri idi. Müharibə başlayandan sonra boya-lak və onların istehsalı üçün komponentlərin tədarükü sanksiyalara görə məhdudlaşdı. Rusiya müəssisələri avtomobil sənayesinin boyaya olan ehtiyacını heç cür ödəyə bilmir.

Xarici istehsalçıların Rusiyanı tərk etməsi fonunda “Lada” 2022-ci ildə avtomobil bazarının şəksiz lideri olub. Avropa Biznes Assosiasiyasının məlumatına görə, “AvtoVAZ” il ərzində 188 min 645 avtomobil satıb. Bu da 2021-ci illə müqayisədə 46 faiz azdır. Şirkətin bazar payı 27,4 faiz təşkil edib.

Aytən, Bizimyol.info

Son xəbərlər