"İstisna edilməməlidir ki, Polşa və Baltikyanı ölkələr anti-Rusiya əhval-ruhiyyəsində Rusiya ilə münasibətləri kəsə bilər, lakin Moskva diplomatik münasibətlərin pozulmasının tərəfdarı deyil".
Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi Rusiya xarici işlər naziri Sergey Lavrovun Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında qəbul etdiyi suallrı cavab verərkən deyib.
“Biz diplomatik münasibətlərin pozulmasının tərəfdarı deyilik. Ən çətin vəziyyətdə belə dialoq kanallarını saxlamaq, həmvətənlərimizin və soydaşlarımızın problemlərini həll etmək lazımdır. Bunlar - Polşa və Baltikyanı ölkələr anti-Rusiya qəzəbinə girərək bizimlə əlaqəni tamamilə kəsmək qərarına gələcəyini istisna etmək olmaz. Lakin bildirim ki, Rusiya Fedarasiyası olaraq biz, hər zaman məsələlərin diplomatik yollarla həll edilməsinin tərəfdarıyıq. Onu da deyim ki, həmin ölkələrdə xeyli sayda Rusiya vətəndaşları və o ölkənin vətəndaşları olan soydaşlarımız yaşayır. Əlbətt, biz vətəndaşlatımızın və xalqımızın nümayəndələrin təcrid olunmuş vəziyyətdə qalmasından narat oluruq”, - mesajda deyilir.
Qadir, Bizimyol.info