Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp hakimiyyətə qayıdır: "Qoca bu vəzifədə əziyyət çəkir, onu xilas edəcəyik"
Tramp hakimiyyətə qayıdır: "Qoca bu vəzifədə əziyyət çəkir, onu xilas edəcəyik"

"ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkiləri ilə bağlı kampaniyaya Nyu-Hempşir və Cənubi Karolina ştatlarına səfər edərək başlayıb".

Bizimyol.info xəbər verir ki, bu barədə bazar günü "CNBC" telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, kampaniya tədbirləri Trampın adi minlərlə həmfikir qarşısında səs-küylü mitinqlərindən fərqlənib. Belə ki, keçmiş prezident Donald Tramp Cənubi Karolinada cəmi 200 amerikalı ilə görüşüb.

Trampın köməkçiləri bunu 2024-cü il təkrar seçki kampaniyasının ictimai mərhələsinə doğru ilk addım kimi qiymətləndirirlər. O, çıxışında Co Bayden administrasiyasının xarici siyasət qərarlarını tənqid etməyə diqqət çəkib. "Qoca bu vəzifədə çox yorulur, əziyyət çəkir, işinin öhdəsindən gələ bilmir. Biz onu bu əziyyətdən xilas edəcəyik ki, ömrünün qalan hissəsini rahat yaşaya bilsin. Hazırkı rəhbərlikdən bizə çox "ağır miras" qalır. Biz həm Amerikada, həm də dünyada vəziyyətin nə qədər çətin olduğunu anlayırıq və seçkiləri qazanacağımız təqdirdə bu çətinlikləri aradan qaldıacağımıza, vəziyyəti normal hala gətirəcəyimizə inanırıq", - deyə o qeyd edib.

Qeyd edək ki, bir çox respublikaçı, eyni zamanda, Ağ Evin rəhbəri vəzifəsinə öz namizədlərini irəli sürməyi düşünür. Xüsusilə, Nyu-Hempşir qubernatoru Kris Sunu və Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli namizəd ola bilər.

Tramp noyabrın 15-də 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlamışdı. ABŞ-ın hazırkı prezidenti noyabrın 9-da yenidən dövlət başçısı seçilmək üçün mübarizə aparacağını açıqlayıb, lakin yekun qərarı yalnız bu ilin əvvəlində verəcəyi barədə xəbərdarlıq edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »