Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu işə İsrail qarışıb" - Qərb mətbuatı
"Bu işə İsrail qarışıb" - Qərb mətbuatı

ABŞ rəsmiləri deyirlər ki, İranda hərbi fabrikə pilotsuz təyyarə ilə hücumun arxasında İsrail dayanır.

Bizimyol.info "aljazeera"yə istinadən xəbər verir ki, İran bazar günü mərkəzi İsfahan şəhəri yaxınlığındakı obyekti hədəf alan pilotsuz uçan aparatı ələ keçirdiyini və itkilərin olmadığını bildirib.

Dəymiş ziyanın həcmini müəyyən etmək mümkün olmayıb. İran dövlət mediası səmada parıltı və hadisə yerində təcili yardım maşınlarını əks etdirən görüntülər yayıb.

“The Wall Street Journal” qəzeti adı açıqlanmayan ABŞ rəsmilərinə və hücumla tanış olan insanlara istinadən pilotsuz təyyarə hücumunun arxasında İsrailin olduğunu bildirib. İsrail rəsmilərindən dərhal cavab alınmayıb.

Adının açıqlanmasını istəməyən bir ABŞ rəsmisi "Reuters" xəbər agentliyinə deyib ki, görünür, İsrail bu işə qarışıb. Digər Amerika rəsmiləri ABŞ-ın heç bir rol oynamadığını söyləməkdən başqa şərh verməkdən imtina etdilər.

Bu arada İranı Ukrayna şəhərlərindəki hədəflərə hücum etmək üçün Rusiyaya yüzlərlə pilotsuz uçan aparat tədarük etməkdə ittiham edən Ukrayna prezidenti Vladimir Zelenskinin köməkçisi hadisəni birbaşa oradakı müharibə ilə əlaqələndirib.

Mixayıl Podolyak "Tvitter" səhifəsində: "İranda partlayışlı gecə. Sizi xəbərdar etdim", - deyə yazıb.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian pilotsuz təyyarə hücumunu “qorxaqlıq” və ölkədə “təhlükə” yaratmaq məqsədi daşıdığını deyib. Dövlət televiziyası millət vəkili Hüseyn Mirzayinin "güclü fərziyyə"nin İsrail olduğunu söyləyən şərhlərini yayımlayıb.

İranın Müdafiə Nazirliyi hücumu kimin həyata keçirməsi ilə bağlı açıqlama verməyib. Nazirlikdən verilən açıqlamada obyektdə üç pilotsuz uçan aparatın buraxılması, onlardan ikisinin havada vurulduğu bildirilir. Üçüncüsü isə vurulduqdan sonra binanın damına düşərək ziyan vurduğu və heç kəsin xəsarət almadığı bildirilir.

Qeyd edək ki, İsrail hadisə ilə bağlı münasibət açıqlamağa tələsmir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »