Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya dörd istiqamətdə hücuma keçib"
"Rusiya dörd istiqamətdə hücuma keçib"

"Rusiya işğalçıları dörd istiqamətdə hücum əməliyyatları aparırlar".

Bizimyol.info xəbər verir ki, bu barədə Baş Qərargahın saat 6:00-a olan xülasəsində deyilir.

"Düşmən Limanski, Baxmutski, Avdeyevski və Novopavlovski istiqamətlərində hücum əməliyyatları aparır. Digər istiqamətlərdə isə müdafiə edir", - deyə məlumatda bildirilir.

Baş Qərargahın məlumatına görə, Volın, Polesski, Severski və Slobojanski istiqamətlərində vəziyyət hələ də ciddi şəkildə dəyişməyib və düşmənin hücum qruplaşması aşkar edilməyib.

Eyni zamanda qeyd edilir ki, düşmən cəbhə xəttinə yaxın və Rusiya Federasiyası ilə sərhəddə yerləşən rayonların yaşayış məntəqələrinin minaatan və artilleriyadan atəşə tutmaqda davam edir.

"İşğalçılar itkilərdən asılı olmayaraq bütün diqqətlərini Donbass uğrunda gedən döyüşlərə yönəldirlər. Yanvarın 29-da Ukrayna Silahlı Qüvvələri Baxmuta düşmənin yeni hücumlarını dəf edib. İlk növbədə, Donetsk istiqamətində hücumlar Ukrayna qüvvələrini əks-hücum hazırlığından yayındırmaq məqsədi daşıyır. Bununla belə, düşmən Uqledara zərbələr endirməklə Ukrayna Silahlı Qüvvələrini Krım “dəhlizindən” uzaqlaşdırmaq istəyir", - deyə Müharibə Araşdırmaları İnstitutunun ekspertləri vəziyyəti şərh edərkən bildirib.

Yanvarın 24-də prezident Vladimir Zelenski Rusiya Federasiyasının qisas almağa hazırlaşdığını və bölədə hərbi gücünü artırdığını söyləyib. Onun fikrincə, işğalçıların bu hücumlarda da uduzacağı göz qabağındadır.

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski yazda və yayın əvvəlində düşmənin yeni böyük hücumunun planlaşdırıldığını paylaşmışdı.

Zelenski vurğulayıb ki, Rusiya müharibəni uzatmağa ümid edir. “Ona görə də biz vaxtı silahımıza çevirməliyik. Biz hadisələri sürətləndirməli, tədarükləri və Ukrayna üçün yeni zəruri silah variantların alınmasını sürətləndirməliyik”, - deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »