Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MTİ Ukraynada əks-hücumlarının dayanma səbəbini açıqlayıb
MTİ Ukraynada əks-hücumlarının dayanma səbəbini açıqlayıb

"Qərb modellərinin uzaqmənzilli MLRS, qabaqcıl hava hücumundan müdafiə sistemləri, eləcə də tankların Ukraynaya verilməsindəki ləngimələr Ukraynanın böyük əks-hücumu davam etdirməsi üçün vaxt itirməsi və döyüş meydanında təşəbbüsü ələ keçirə bilməməsinin əsas amilidir".

Bizimyol.info xəbər verir ki, Müharibə Tədqiqat İnstitutunun (MTİ) ekspertləri bu qənaətə gəliblər.

İnstitutun hesabatında qeyd edildiyi kimi, Ukraynaya silahla dəstək verməyə söz verən Qərb Ukrayna Silahlı Qüvvələrinin sovet sistemlərindən Qərb sistemlərinə keçirilməsi ilə bağlı proqnozlaşdırılan tələbi nəzərə almayıb.

Qeyd olunur ki, noyabrın 11-də Xersonun azad edilməsindən sonra Ukrayna hərbçiləri yeni hücuma keçə bilməyib və bu, müharibədə üstünlüyün rusların xeyrinə mövqe döyüşlərinə keçməsinə səbəb olub.

Əgər Ukrayna Silahlı Qüvvələri 2022-ci ilin yayında Qərb modellərinə texnika ötürməyə başlasaydı, Ukrayna “imkanlar pəncərəsi”ndən istifadə edib, tükənmiş Rusiya ordusunu ələ keçirdiyi ərazilərdən geri çəkilməyə məcbur edə bilərdi.

Ukrayna komandanlığının Xersonun azad edilməsindən sonra ehtiyatlı davranması, ekspertlərin fikrincə, döyüşlərdə dağılmış və zədələnmiş texnikanın dəyişdirilməsi ilə bağlı Qərbdən zəmanətinin olmamasına görə baş verdiyi bildirilir. Buna görə də noyabrın ortalarında Xerson vilayətinin sağ sahilinin azad edilməsindən sonra cənubda gedən döyüşlər yeni əks-hücuma çevrilmədi.

Ruslar bundan istifadə edərək, ölkədə səfərbərlik elan etdi və yeni qüvvə hazırlamağa başladılar. Nəticədə Donetsk vilayətində hücumların bərpası, ilk növbədə, əks-hücuma hazırlaşan Ukrayna Silahlı Qüvvələrin istiqamətini dəyişdirməyə məcbur edib.

Əgər Qərb liderləri 2022-ci ilin iyununda Qərb tanklarının lazım olacağına dair ilk aydın əlamətlər olanda Ukraynanın tanklarından istifadə etməsi üçün şərtlər qoymağa başlasaydı, Ukrayna qüvvələri noyabr və ya dekabrda onlardan istifadəyə başlaya bilərdi.

Ukrayna hələ də bu qış çoxdan planlaşdırılan əks-hücum əməliyyatına başlaya bilər ki, bu da Qərbin lazımi yardımı göstərmək üçün ləng reaksiyasının təsirlərini bir qədər yumşaldacaq. Lakin gecikmə həm də Rusiyaya öz hücumu üçün şərait yaratmağa imkan verdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »