Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus-Ukrayna sərhədində vəziyyət gərgindir - Lappo
Belarus-Ukrayna sərhədində vəziyyət gərgindir - Lappo

Ukrayna ilə sərhəddə vəziyyət gərgin olaraq qalır ki, bu da onu gücləndirilmiş rejimdə mühafizə etməyə məcbur edir.

Bizimyol.info xəbər verir ki, bunu şənbə günü "Belarus-1" telekanalının efirində Belarus Dövlət Sərhəd Komitəsinin (DSK) sədri Anatoli Lappo deyib.

"Vəziyyət gərgindir, sabah bizi nə gözləyər, vəziyyət necə dəyişəcək bunu bilmirik", - deyə Lappo qeyd edib.

Sərhəd idarəsinin rəisi bildirib ki, Ukrayna tərəfdən Belarusla sərhəddə 17 minə yaxın hərbçi cəmləşib. “Bunlar təkcə sərhədçilər deyil, həm də digər hərbi birləşmələrdir. Sərhəddə qeyri-mütəxəssislər var, nəzərə almaq lazımdır ki, sərhədçilərin çoxunun silahı yoxdur. Orada insanlar nişansız gəzirlər",– deyə DSK sədri bildirib.

Bununla bağlı o qeyd edib ki, Belarus sərhədçiləri “genişləndirilmiş taqımlarda” xidmət edirlər.

Lappo bildirib ki, Ukraynada keçirilən xüsusi əməliyyatdan sonra Ukrayna ərazisindən və ya tranzitlə Belarusa 80 minə yaxın insan gəlib. Dövlət Sərhəd Komitəsinin rəhbəri həmçinin diqqəti ona yönəldib ki, “ukraynalılar heç kimi - Ukrayna vətəndaşlarını da Belarusla sərhəd keçid məntəqələrinə buraxmırlar, baxmayaraq ki, biz insanları qəbul etməyə hazırıq”, - deyə o qeyd edib.

“Ancaq Ukrayna tərəfi onları sərhədə buraxmır və yaranmış vəziyyətlə bağlı həmkarlarımız tərəfindən heç bir məlumat da verilmir. Biz bütün bunların necə başa çatacağını gözləyirik. Hələ ki, vəziyyətin hansı istiqamətə dəyişəcəyini demək çətindir. İki ölkə arasındakı sərhəd zonasında indiyə qədər olmayan həddə gərginlik yaranıb” - deyə komitə sədri qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »