Ukrayna sərhədi yaxınlığındakı Rujanski poliqonunda döyüş təyyarələrinin yeni "müttəfiq" qoşulqrın uçuşları həyata keçirilib.
Bizimyol.info xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat verib.
“Bu gün Belarus Respublikası və Rusiya Federasiyası silahlı qüvvələrinin birgə taktiki-uçuş təlimi çərçivəsində uçuş heyətləri Rujanski poliqonunda müttəfiqlərin döyüş tapşırıqlarını yerinə yetirirlər", -nazirliyin açıqlamasında deyilir.
“Təlimlərdə qırıcılar, bombardmançılar, kəşfiyyat təyyarələri iştirak edir. Bundan başqa, erkən xəbərdarlıq sistemi ilə təhciz olunmuş təyyarələrinin müşayiəti ilə bağlı tapşırıqlar yerinə yetirilir”, - Belarus Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
Belarusun "Qayun" nəşri yazır ki, gün ərzində Maçulişçi, Baranoviçi və Luninets aerodromlarında aviasiya fəallığı (əsasən Belarus Hərbi Hava Qüvvələrinin helikopterləri) müşahidə olunub.
Rusiya Aerokosmik Qüvvələrinin "An-26" (RF-36008) təyyarəsi Maçulişçi aerodromuna, Rusiya Aerokosmik Qüvvələrinə məxsus "Su-34" isə Baranoviç aerodromundan havaya qalxaraq Belarus ərazisini tərk edərək Rusiya Federasiyasına gedib.
Müşahidəçilərin fikrincə, vəziyyət dəyişməyib: "Məlum olur ki, Rusiya Aerokosmik Qüvvələrinə məxsus, Baranoviçidə yerləşən bazalardan birində olan "Su-34" qırıcılarından biri Belarus ərazisini tərk edərək Rusiya Federasiyasına uçub", - deyə "Qayun" yazıb.
Belarusda ruslarla “müttəfiqlərin” təlimləri davam edir. Təlim adı altında Rusiya qırıcıları Ukraynaya raket zərbələri endirir. Buna görə də Ukrayna sərhədləri yaxınlığında "MiQ-31K"nın hər yüksəlişi hava hücumu ilə müşayiət olunur.
Hazırda Belarus ordusu tərəfindən hücum təhlükəsi yoxdur, lakin Kreml artıq Belarusda təlim keçmiş səfərbər edilmiş insanları Ukraynanın şərqinə köçürür.
Qadir, Bizimyol.info