Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"O illərdə itkilərimizin bir çoxu kütləvi şəkildə basdırılıblar"
"O illərdə itkilərimizin bir çoxu kütləvi şəkildə basdırılıblar"

Birinci Qarabağ müharibəsindən sonra 4 mindən çox vətəndaşımız itkin kimi qeydə alındı. Onların taleyindən bugünə kimi heç bir xəbər yoxdur. Ötən il Xocavənd rayonun Edilli kəndində, Daşaltıda aşkarlanan kütləvi məzarlıqlar itkin düşmüş vətəndaşlaırmızın vəhşicəsinə qətlə yetirilərək, öldürüldüyündən xəbər verir.

Milli Məclisin deputatı Vüqar İskəndərov bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ermənilər 30 illik işğal dövründə azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək, müxtəlif yerlərdə, insanlığa yaraşmayan formada basdırıblar. Onun sözlərinə görə, bu gün çox sayda bilmədiyimiz kütləvi məzarlıqlar var. Bu kütləvi məzarlıqlar aşkar edildikcə, biz düşmənin nə qədər amansız, mənfur olduğunu görürük.

Vüqar İskəndərov Vüqar İskəndərov

“O illərdə itkilərimizin sayına baxanda görürük ki, onların bir çoxu insanlıqdan kənar kütləvi şəkildə müxtəlif ərazilərdə basıdırlıblar. Bu vandalizm olmaqla yanaşı, eyni zamanda beynəlxalq konvensiyaların ciddi şəkildə pozulmasıdır".

V.İskəndərovun fikrincə, burada əli olan insanların hamısı mütləq şəkildə beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Çünki müharibənin də öz qanunları var. Müharibənin qanunlardan kənar aparılması, bəşəri cinayətdir.

"Biz 44 günlük vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında, şanlı ordumuzun qələbəsi və bu qələbədə biz müharibə qanunlarını, etikasını da göstərmiş olduq. Həm döyüşçülərimizin vətənpərvərliyi, döyüş bacarığı, taktiki texniki üstünlükləri, həm də mənəvi tərəflər, əsirlərlə davranışları, işğaldan azad edilən bölgələrəd mülki insanlara münasibətləri bir daha həm azərbaycanlı kimliyimizi, həm də müharibə qanunlarına mərd-mərdanə riayət etməyimizi bir daha göstərmiş oldu”.

Sonda qeyd edək ki, bütün bunlar onu deməyə əsas verir ki, qarşımızdakı nə qədər vandal mənfur düşmən olsa da, biz öz azərbaycanlı, türk kimliyimizi, insanlığa, bəşəriyyətə olan sayğımızı, hörmətimizi tarix boyu göstərmişik və bu dəyərlərə sadiqik.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »