Demək olar ki, dünyanın əksər ölkələri sübut edir ki, onlar Azərbaycanın yanındadır. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının Mətbuat sözçüsü və İSTAD sədri Sefer Karakoyunlu biizmyol.info xəbər portalına açıqlamasıdna bildirib ki, əvvəlki dövrlərdə və 2-ci Qarabağ müharibəsi başlayandan İranın bölgədəki münasibət və davranışları bu terror aktının baş verməsinə zəmin yaratdı.

“Hazırkı terror aktının yeganə günahkarı İran İslam Dövlətidir. Hər fürsətdə Ermənistanla qol-qola olan İran, Azərbaycan və Türkiyənin güclənməsindən narahatdır. Eyni zamanda İran Zəngəzur dəhlizindən də pay umur. Bu terror aktını törədənlər ən ağır şəkildə cəzalandırılmalıdır. Bölgənin sülh və təhlükəsizliyə ehtiyacı olduğu bir vaxtda baş vermiş bu terror aktını qətiyyətlə pisləyirik. Hamı bilməlidir ki, Azərbaycan tək deyil”.
İradə Cəlil, Bizimyol.info