Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu, xəyanətdir...
Bu, xəyanətdir...

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumda müəmmalı tərəflər nələrdir? Səfirliyin müşahidə kameralarında bir nüans diqqəti çəkirdi. Səfirliyin qapısını mühafizə edən İran polisi terrorçunun gəldiyini, hərəkətlərini gördüyü halda çox ləng davranırdı. Sanki o öncədən bu hadisənin baş verəcəyini bilir və sükutu pozmadan terrorçuya zaman qazandırmağa çalışırdı.

İran polisi terrorçunun bu əməlini məişət zəmnində hadisə kimi dəyərləndirməyə çalışır. Bu azmış kimi İranın “Səhər” telekanlı səfirliyə hücum edib, bir nəfəri öldürən, bu dəhşətli hadisəni törədən şəxsdən müsahibə alaraq, ona özünü müdafiə etmək üçün tribuna verir. Baş verənlər bir daha sübut edir ki, Azərbaycan səfirliyinə edilən hücum öncədən planlanaraq, həyata keçirilib.

Əslində bu bizə təəccüblü gəlməməlidir. Niyə? Çünki Azərbaycan müstəqilliyini əldə edən gündən bu İranın xoşuna gəlməyib. İranda 35 milyona yaxın Azərbaycan türkü yaşayır və İran daim qorxub ki, gün gələr İran daxilində olan azərbaycanlılar da baş qaldırar və Azərbaycan böyük, qüdrətli bir dövlətə çevrilər. İran qorxub ki, illərlə özünün yaratdığı bölgədə söz sahibi olmaq imicini Azərbaycan dağıda bilər. İran Azərbaycan-Türkiyə birliyindən qorxub və bugünkü gərginliyinin də əsas səbəbi məhz budur.

İran qorxduğu üçün Ermənistana qardaş deyir, Qafanda konsulluq açmağa qərar verdi. İran qorxularını yenə bilmədiyi üçün Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı İrana dəvət edərək “İranın nüfuzlu qadınları” tədbirində iştirakına şərait yaradıb.

İran qoxrduğu üşün İslam dini adı altında pərdələnərək Azərbaycan məscidlərində donuz saxlanılmasına nəinki göz yumub. bir çox hallarda dəstək verib. Bu qorxunun nəticəsidir ki, Araz sahilində 19-cu əsrdən qalma silahlarla təlimlər keçirməyə çalışdı.

İran qorxuğu üçün Ermənistanın ətəyi altında gizlənməyə çalışır. Xaincəsinə Azərbaycan səfirliyinə hücum hazırlayaraq, Azərbaycana zərər verməyə, dolayısı ilə Azərbaycan cəmiyyətində bir narahatlıq, ajiotaj yaratmağa çalışır. Bu xainlikdir, bu ikiüzülülük, riyakarlıqdır.

Biz bu gün təkcə Orxan Əsgərovu itirmədik. Biz həm də Azərbaycan cəmiyyəti, sadə vətəndaş olaraq İrana olan sayğımızı və güvənimizi birdəfəlik itirdik. Bu gün bir daha başa düşdük ki, İran bizim dost cildində olan düşmənimizdir. Düşmənlərimizlə isə 2020-ci il 44 günlük müharibədə necə davrandığımızı bütün dünya bilir.

Artıq bütün dünya qəbul edir ki, İran din pərdəsinə bürünmüş terrorçu bir ölkədir. Və bütün dünya etiraf edir ki, İran nəinki bölgə, dünya üçün təhlükədir. Yəni biz düşmənimizlə qarşı-qarşıya dursaq, tək qalmayacağıq!

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »