Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Latviyalı səfirə iki həftə ərzində Rusiyanı tərk etməsi tapşırılıb
Latviyalı səfirə iki həftə ərzində Rusiyanı tərk etməsi tapşırılıb

Latviyanın Moskvadakı səfiri Maris Riekstins iki həftə ərzində Rusiyanı tərk etməlidir.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

"Yanvarın 27-də Latviyanın müvəqqəti işlər vəkili Atatsiya Rutka Latviya rəhbərliyinin Rusiya-Latviya diplomatik münasibətlərinin səviyyəsini aşağı salmaq qərarı ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya tərəfi ona kəskin etirazını bildirib. Eyni zamanda, Latviyanın müvəqqəti işlər vəkilinə bildirilib ki, fundamental qərar qəbul edilən kimi biz səfirlərin öz missiyalarını başa çatdırması üçün Riqanın göstərdiyi tarixi gözləməyi lazım görmürük. Latviyanın səfiri Maris Riekstinsə iki həftə ərzində Rusiyanı tərk etmək əmri verilib”,- deyə nazirliyin müvafiq şöbəsi məlumat verib.

Rusiya Xarici İşlər Nazirliyində vurğulandığı kimi: "Latviya hakimiyyətinin diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq üçün təxribatçı demarşının nəticələri olacaq".

“Başa düşmək lazımdır ki, bizim ikitərəfli münasibətlərimiz artıq Latviyanın hakim elitasının dağıdıcı xətti, o cümlədən rusdilli soydaşlarımızın informasiya məkanının tam təmizlənməsi, sovet memorial və mədəni irsinin ləğvi, onların cinayət təqibi ilə əsaslı şəkildə məhv edilib”, - diplomatik idarədən verilən məlumatda bildirilir.

Nazirlik onu da əlavə edib ki, mövcud vəziyyətə görə bütün məsuliyyət Latviyanın dövlət rəhbərliyinin üzərinə düşür.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra Riqa ilə Kremil arasında ona qədər də sərin olan münasibətlər daha da gərginləşib. Latviya Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyib və ərazisində olan rusiyalı diplomatik korpus nümayəndələrinin ölkəni tərk etməsi barədə qərar qəbul edib.

Latviya Xarici İşlər Nazirliyinin verdiyi məlumatda deyili ki, Rusiyanın səfiri 2023-cü il fevralın 24-dək Latviyanı tərk etməlidir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »