Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan XİN İsraildə sinaqoqa silahlı hücumu pisləyib
Azərbaycan XİN İsraildə sinaqoqa silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi İsraildə sinaqoqa silahlı hücumu pisləyib.

APA xəbər verir ki, bu barədə XİN-in “Twitter“ səhifəsində paylaşım edilib.

“Yerusəlimin Neve Yaakov məhəlləsindəki sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, - deyə bildirilib.

Qeyd edək ki, İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı 8 nəfər ölüb, 10 nəfər yaralanıb.

İsrail polisi hadisəni terror aktı adlandırıb.

Son xəbərlər
Bütün xəbərlər »