Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus XİN Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib
Belarus XİN Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib

Belarus Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin feysbuk səhifəsindəki məlumatda deyilir.

“2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu, diplomatik missiyanın bir üzvünün həlak olması və daha iki əməkdaşının yaralanması ilə nəticələnən silahlı basqını qətiyyətlə pisləyir, azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı və dəstək verir, zərərçəkənlərə tezliklə şəfa tapmalarını diləyirik.

Diplomatik nümayəndəliklərin və konsulluqların əməkdaşlarına qarşı yönəlmiş bu cür hərəkətlərə heç cür bəraət qazandırmaq olmaz”, - paylaşımda yazılıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Son xəbərlər
Bütün xəbərlər »