Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçdəki İsrail səfirliyi qarşısında Tövratı yandırmaq aksiyasının qarşısı alınıb
İsveçdəki İsrail səfirliyi qarşısında Tövratı yandırmaq aksiyasının qarşısı alınıb

İsveçin paytaxtı Stokholmda İsrail səfirliyi qarşısında keçirilməsi planlaşdırılan Tövrat yandırma aksiyasının qarşısı alınıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Havat məlumat verib.

İsveçin paytaxtı Stokholmda İsrail əleyhinə nümayiş təşkil etmək istəyən şəxs aksiya keçirmək üçün polisdən icazə alıb. İsrail hökumətinin İsveç rəsmiləri ilə əlaqə saxlamasından sonra Tövratı yandırmağı planlaşdıran etirazçının qarşısı alınıb.

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Havat "JewishPress.com"a bildirib ki, nümayişin təşkilatçısı polisdən icazə almaq üçün ərizəsini geri götürüb.

Dünən səhər saatlarında ortaya çıxan xəbərə görə, İsveçdə yaşayan İsrail əleyhdarı bir şəxs Stokholmdakı İsrail səfirliyi qarşısında nümayiş keçirməyi planlaşdırıb.

Nazirlikdən verilən açıqlamada: “Xarici İşlər Nazirliyi və İsrailin İsveçdəki səfirliyi sarsıdıcı və alçaldıcı hadisənin baş verməməsi üçün operativ və qətiyyətlə hərəkətə keçdi. Görülən tədbirlər nəticəsində indiki mərhələdə insidentin qarşısı alınıb”, - deyə məlumatda bildirilir.

AK Partiya sözçüsü Ömər Çelik sosial media hesabından açıqlama verərək: “Tövratın yandırılması cəhdiniqətiyyətlə pisləyirik”, - deyib.

“İsveç hakimiyyətinin Stokholmdakı İsrail səfirliyi qarşısında Tövratın yandırılması aktının qarşısının alınması çox düzgün və haqlı qərardır. Biz Tövratın yandırılması cəhdini və insanların milli, dini mədəni və s. dəyərlərinə qarşı olan bu tip aksiyalarış qətiyyətlə pisləyirik.

Bununla yanaşı, eyni İsveç səlahiyyətlilərinin Qurani-Kərimin yandırılmasına “ifadə azadlığı” kimi icazə verməsinin ikiüzlülük olduğu bir daha sübut olunduğunu da diqqətə çatdırmaq istəyirik. Antisemitizm və islamofobiya insanlığa qarşı cinayətdir. Biz İsveç hakimiyyətini ayrı-seçkiliyə görə bir daha qınayırıq”, - deyə Çelik qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »