Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni Minsk qrupu, yoxsa sülh müqaviləsindən qaçış planı...
Yeni Minsk qrupu, yoxsa sülh müqaviləsindən qaçış planı...
Avropa Birliyi bir neçə gün öncə Azərbaycanın razılığını almadan Ermənistana iki illik yeni missiya göndrəmək barədə qərar qəbul edib. Bir müddət əvvəl isə Avropa İttifaqının (Şarl Mişelin) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvana səfər edərək orada görüşlər keçirdi. Hətta Laçın yolundakı vəziyyəti müzakirə etdi.

Avropa İttifaqının yeni missiya təyin etməsi, ATƏT-in Minsk qrupunun sanki yenidən başqa adla foramalaşdırılması deməkdir. Azərbaycanın razılığı alınmadan missiyanın təyini, Azərbaycanın daxili işi olan Laçın dəhlizi ilə bağlı məsələnin digər ölkə ilə müzakirəsi bunu deməyə əsas verir.

Politoloq Vasif Əfəndi bizimyol.info xəbər portalına açıqlmasında bildirib ki, bundan öncə Avropa İttifaqının Ermənistana 2 aylıq xüsusi missiyasının göndərilməsi ilkin olaraq Azərbaycanla razılaşdırılmışdı. Bu əsasən sentyabr hadisələri ilə bağlı yaranmış gərgin vəziyyətlə əlaqəli olsa da, Ermənistan indi hiyləgərlik edərək “Laçın blokadası”ndan yararlanmağa çalışır.

“Məlumdur ki, Laçın korridoru üzrə eko-aktivistlərimizin nümayişi Ermənistan tərəfini yalnız bir məsələdə çətin duruma salıb, o da korridordan qanunsuz əldə olunan milli sərvətlərimiz və silah-sursatın daşınamsıdır ki, bunun da qarşısı alınıb. Bundan sonra da Azərbaycan ərazisindən heç bir qanunsuz mal, material, avadanlıq və ya silah-sursat keçirilməyəcək. Paşinyanın nəyə ümid etdiyi də qeyri- müəyyəndir”-deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqının Ermənistanda 2 illik yerləşmək qərarının bizim ərazimizlə heç bir əlaqəsi yoxdur və Yerevanda Laçın korridorunun müzakirəsinin hüquqi əsası da yoxdur.

Ekspertin fikirncə, Paşinyan istəsə də Avropa Missiyası Azərbaycanın razılığı olmadan onun ərazilərində fəaliyyət göstərə bilməz Avropa missiyasının geniş heyətlə Qafqazda yerləşməsi Rusiyanın fəaliyyətinin təftiş edilməsi ilə bağlıdır.

“Məlumdur ki, Rusiyanın Gümrü hərbi bazasının Ermənistanda qalma müddəti 2047-ci ilə qədərdir. Eyni zamanda Ermənistanın bütün həyatı obyektləri Rusiya şirkətlərinə məxsusdur. Avropa İttifaqının Ermənistanda hər hansı bir dəyişiklik edəcəyi də mümkün görünmür. Ermənistanın bu gedişi Qarabağda yerləşən Rusiya sülhməramlılarını da çətin duruma salır və bir növ bu missiyanın etibarlılığını şübhə altına alır. Azərbaycan isə hələ ki, "Üçtərəfli saziş”ə öz sədaqətini nümayiş etdirir və məhz bu məsələnin razılaşma əsasında həllini istəyir. Paşinyan isə bütün qüvvəsi ilə davamlı sülhdən yayınmağa çalışır. Onun Qarabağda qalmış 15-20 min erməni üçün hər hansı bir status almaq fəaliyyəti uğursuz olacaq”.

Beynəlxalq rəy heç də birmənalı olaraq Ermənistanın tərəfində deyil. Belə ki, ötən gün Kanadadan Azərbaycana növbəti dəstək gəldi. Kanada Xarici İşlər Nazirliyinin parlament katibi, İcmalar Palatasının üzvü Robert Olifant bəyanat verərək bildirib ki, Kanada BMT TŞ -nin Azərbaycan və Qarabağla bağlı bütün bəyanat və qətnamələrinə sadiqdir. Belə ki, artıq Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onun ərazisində yaradılmasına cəhd edilən heç bir qurumu qəbul etmir.

Xatırladaq ki, 2020-ci il 44 günlük müharibədə Azərbaycan qələbə qazandıqdan sonra noyabrın 10-da “Üçtərəfli saziş” imzalanıb. Sənədə görə Ermənistan və Azərbaycan arasında şərtlər danışılmalı, sərhədlər delimitasiya və demarkasiya edilməli, Laçın dəhlizi açılmalı, Qarabağdan qanunsuz erməni silahlı birləşmələri çıxarılmalı idi. Ermənistan sazişin heç bir bəndinə bugünə qədər əməl etməyib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »