Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçli təxribatçı hər cümə Quran yandıracağını deyib
İsveçli təxribatçı hər cümə Quran yandıracağını deyib

Danimarkalı siyasətçi Rasmus Paludan İsveçdə Quranı yandırması ilə bağlı növbəti qalmaqallı açıqlama verib. Təxribatçı Ankara İsveçin NATO-ya üzv olmasına icazə verənə qədər hər cümə Türkiyə səfirliyi qarşısında Quranı yandıracağını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, NATO üzvlüyü Ankaranın təsdiqindən asılı olan İsveçdə irqçilik və nifrətlə dolu təxribata imza atan Rasmus Paludan yenidən gündəmə gəlib.

İsveç baş naziri Türkiyənin reaksiyasından sonra geri addım atarkən, təxribatın memarı "Sıx İstiqamət" Partiyasının (Stram Kurs) lideri Rasmus Paludan növbəti qalmaqallı açıqlama ilə çıxış edib.

Paludan Ankara İsveçin NATO-ya üzv olmasına icazə verənə qədər hər cümə günü Türkiyə səfirliyinin qarşısında Quranı yandıracağını açıqlayıb.

Ölkə mətbuatında yer alan xəbərə görə, Paludan prezident Ərdoğana səslənərək, az qala Türkiyəni təhdid edən bu təxribatçı bəyanatı cəslənditib: “Mən bəyan edəcəyəm ki, bu, Türkiyə Prezidnti Rəcəb Tayyib Ərdoğanın günahıdır. Belə görünür ki, o, İsveçin NATO-ya üzvlüyünə icazə vermək istəmir, amma mən ona ifadə azadlığının nə olduğunu öyrətməliyəm”, - deyə bildirib.

Həmin xəbərdə qeyd edilir ki, Paludan bu gün Kopenhagendə Türkiyə səfirliyi də daxil olmaqla üç yerdə, biri məscidin yaxınlığında, biri isə Rusiya səfirliyinin yaxınlığında Quran yandırmağı planlaşdırır.

İsveçdən fərqli olaraq, Paludan Danimarkada belə bir aksiya keçirmək üçün icazə tələb etmir. Qeyd olunur ki, o, Danimarkada belə bir aksiya planlaşdırarsa, 24 saat əvvəl səlahiyyətli orqanlara məlumat verməlidir.

İsveçin irqçi "Sıx İstiqamət" Partiyasının (Stram Kurs) lideri, ifrat sağçı baxışları ilə tanınan Rasmus Paludan həm İsveç, həm də Danimarka vətəndaşlığına malikdir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »